adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Fevral 2021 22:00
26257
DÜNYA
A- A+

Texasda donaraq ölmüş uşağın ailəsi 100 milyon dollarlıq iddia qaldırdı - VİDEO

Texasda donaraq ölmüş oğlanın ailəsi ştatın Elektrik Avadanlıqlarının Etibarlılıq Şurası (ERCOT) enerji qrupuna qarşı 100 milyon ABŞ dolları məbləğində iddia qaldırıb.

Bu barədə KHOU telekanalı məlumat verib.

11 yaşlı Kristian Pavor Konro şəhərində elektrik enerjisinin kəsilməsi səbəbindən istilik və işıqsız qalan qoşquda gecələdikdən sonra ölüb. Uşağın ailəsi onun hipotermiyadan öldüyünə inanır.

Şirkət uşağın ölümündən son dərəcə kədərləndiyini bildirib.

“Davam edən məhkəmə prosesi səbəbindən şərh verməyə icazəmiz yoxdur”, - deyə şirkətdən bildirib.

Onlar həmçinin yerli enerji şirkətlərinin elektrik verilişini dayandırmaqla düzgün addım atdıqlarına inandıqlarını bildiriblər.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden anomal hava səbəbiylə Texası təbii fəlakət bölgəsi elan etmişdi.

Son 30 il ərzində ən soyuq havaya görə Texas ərzaq böhranı ilə üzləşib. Satış məntəqələrinin bağlanması səbəbindən bir çox mağaza və restoran tez xarab olan və müddəti bitmiş malları atmaq məcburiyyətində qalır, eyni zamanda yeni qida tədarükündə çətinlik çəkir.