SON DƏQİQƏ:

Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN

  38716   |  
Şriftin ölçüsü  

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumatda bildirilir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.

Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

Qeyd edək ki, müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Sonda qeyd edək ki, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK