SON DƏQİQƏ:

Atatürkün ən yaxın azərbaycanlı dostu kim olub?

  44109   |  
Şriftin ölçüsü  

SSRİ-nin heyətində Sovet Rusiyasının təmsilçisi Zvonarev, Sovet Rusiyasının Ankaradakı səfiri Semyon Aralov və Azərbaycan Sovet Respublikasının Ankara təmsilçisi İbrahim Əbilov var.

SSRİ-nin Qurtuluş savaşında Türkiyə Böyük Millət Məclisinin ordusuna verdiyi dəstəyin memarlarından olan və onlarla fotolarda Atatürkün yanında görünən İbrahim Əbilov.

Rusiyada inqilab edən bolşeviklər 1918-ci ildə Transqafqaz Federasiyası qurmuş, Bakını da işğal etmişdi. Nuri Paşanın komandanlığında olan Qafqaz İslam Ordusunun azərbaycanlıların çağırışı ilə eyni ildə 30 saatlıq qanlı qarşıdurmanın ardınca Bakıya girməyindən sonra isə Azərbaycan müstəqilliyini elan etmişdi.

Qafqaz İslam Ordusunun Bakıda sərgilədiyi qəhrəmanlıq Azərbaycan xalqının böyük simpatiyasını və dəstəyini qazanmışdı.

1920-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası eyni ildə qurulan Türkiyə Böyük Millət Məslisinin öndərlik etdiyi müstəqillik savaşını da yaxından izləyirdi.

İbrahim Əbilov da bu çərçivədə 1921-ci ilin payızında Ankaraya gəldi.

Qısa müddətdə Atatürkün etibarını qazandı və SSRİ qurulduqdan sonra Azərbaycan Sovet Respublikasının Ankradakı təmsilçisi oldu. Baş komandan Mustafa Kamal ilə o qədər birlikdə işlədilər ki, Qurtuluş Savaşı illərində Atatürkün yanında ən çox görünən adamlardan biri oldu.

Ankarada müstəqillik mübarizəsi aparan TBMM ordusu və baş komandanı Atatürklə Əbilovun arasındakı yaxşı münasibətin olması SSRİ ilə Ankra arasında qurulan yaxşı münasibətlərin də vacib faktorlarından oldu.

Əbilovun Qurtuluş Savaşı ərəfəsində verdiyi maddi və mənəvi dəstək, SSRİ-nin silah və maddi dəstəyi böyük zəfərlərin qazanılmasında kritik rol oynadı.

Əbilovun Ankarada qurulan mərmi fabrikası önündə çəkilən fotoqrafı hər şeyi izah etməyə bəs edər.

Qafqaz İslam Ordusunun Bakıya girdiyi tarix: 15 sentyabr 1918.

Türkiyə-Azərbaycan Dostluq, İş birliyi və Həmrəylik Vəqfi Bakı zəfərinin 102-ci ildönümündə İstanbulda bir toplantı təşkil etdi. Toplantıya 200-ə yaxın diplomat, akademik, siyasətçi, iş adamları və jurnalist dəvət olundu.

Toplantıda çıxış edən TADİV başqanı prof. Dr. Aygün Attar Türkiyə və Azərbaycanın iki dövlət, bir millət olmasının arxasında 102 il öncə başlayan dostluğun durduğuna diqqət çəkmişdi.

Və dostluğun bariz nümunəsi İbrahim Əbilovun hətta Çankaya məclislərində Atatürkün düz yanında oturmasıdır.

O. 1921-ci ilin oktyabrında Ankraya gəlib, 23 fevral 1923-cü ildə İzmirdə vəfat edib.

Qızı Anadolu xanımın atası haqqında dediklərindən:

"1923-cü ildə İzmirdə Türkiyənin ilk iqtisadi konfransı keçirilərkən onun işində Atatürk də, Əbilov da iştirak edir. Anamın dediklərinə görə, İzmirdə əhali atamı çox yaxşı qarşılamışdı, onun qadınların hüququ mövzusunda etdiyi məruzə də ürəkdən bəyənilmişdi. Burada qaldığı müddətdə atam bir neçə tədbirdə, ziyafətdə iştirak edir. Belə ziyafətlərdən birindən qayıdarkən, mədə-bağırsağında kəskin ağrılar başlayır. İşə Atatürkün həkimləri də qarışıb, onun üzərində əməliyyat aparırlar, xəstəxanaya Atatürkün özü də gəlir. Lakin İbrahim Məhərrəm bəyin həyatını xilas etmək mümkün olmur"... Atatürkün göstərişilə Misir və Hindistandan dəvət olunmuş alimlər atamın cənazəsini mumiyaya tutub, Bakıya göndərirlər və burada dəfn olunur. Onda bəlkə də heç kəsin ağlına gəlməzdi, amma indi düşünürəm ki, yəqin elə atamı ermənilər (ya onların əli ilə başqa düşmən qüvvələr-red.) zəhərləyib aradan götürüblər. Onun nüfuzundan, qazandığı uğurlardan qorxaraq, bu işə əl atmışlar. Anonim məktubları yazanlar da onlar idi..."

 

Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-02
2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK