adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Aprel 2021 14:34
28131
MƏMLƏKƏT
A- A+

İradə Tuncay: Sovetdə belə şeyləri yazmırdılar...

Qədim zamanlarda ,yəni Pandemiyadan əvvəl ,hətta Sovet dövründə bir hadisə olmuşdu. 6 -cı sinifi bitirdiyim yayda Azərbaycanda ağır qəza oldu. Niyə ağır ? Çünki xarici ölkə vətəndaşları qarışmışdı söhbətə. Monqol ...turistləri yox ,yazıçıları yanmışdılar avtobusda. Dəqiq yadımda deyil Siyəzən ya Dəvəçi ərazisində iki avtobus toqquşub yanmışdı. Görünür gəzməyə aparırmışlar onları. Şəxsən tanıdığım insanlar vardı o avtobusda. Hətta sürücü də Yazıçılar İttifaqının işçisi idi. Səhər xatırladım nəsə onları ...Məlik Mikayılzadə --tərcüməçi ,senarist ,publisist. Xanımı rus idi ,o tərəflərdə yaşayırdı. Qızını göndərmişdi atasının yanına. Qızı ilə atası ,ikisi də yanmışdılar...Hadisə hay -küylü olsa da təbiiki qəzetlər yazmadı. Sovetdə belə şeyləri yazmırdılar...Hələ -hələ xarici vətəndaşlar olubsa orda...

Səhər baxdım internetə --Məlik Mikayılzadə haqqında heç nə tapmadım. Əsərinin adı yadımda qalıb --Nina üçün gül dəstəsi...Nina qadın adı deyil . Nina mətbəəsi haqqında idi...Səhv eləmirəmsə...

O vaxt sovetə görə yazılmadı,indi də tənbəllikdən yazmayıblar.

Heç bilmirəm xatırlayan varmı bu hadisəni ? Litfondun sədri idi Məlik Mikayılzadə...Bəlkə yazıçı övladlarının yadında qalıb ?