adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 Aprel 2021 12:24
29467
MƏMLƏKƏT
A- A+

Xudayar demiş, ba belə... - Vüsalə Məmmədova yazır

 Ağdam səfərim haqqında qısaca

Ermənilər bizim dirimizi də, ölümüzü də evimizdən məhrum edib... Diri tutduqlarını girov aparıblar, ölü tapdıqlarını necə ediblər, hələlik bilmirik... Məlum olan odur ki, məzarlarda sümüklər də yoxdur...

Biz Ağdama bu şəhərdəki qazılıb dağıdılmayan bəlkə də yeganə qəbri – Nicatın alça ağacının altındakı məzarını axtarmağa getmişdik. Tapdıq...

Məlum oldu ki, atasını əsir düşərgəsinə aparandan sonra ermənilər məzarı açıb, Nicatın nəşini çıxardıblar... Sonra yenidən həmin yerdə basdırıblar... Ancaq o “sonraya” qədər nələr baş verib... Tükürpədicidir!

Mesajlara tək-tək cavab verməyə çatdırmıram deyə, bura yazıram. Təsəvvür edin ki, mənim qədər dözümlü adam o məzarda gördüklərinin şokundan hələ də özünə gəlməyib... Özümü ələ alım, ətraflı yazacam... Bütün prosesi çəkmişik, film hazırlayacağıq...

Səfərin təşkili üçün Prezident Administrasiyasına, ANAMA-ya, xüsusi olaraq 4 aydır bizə dəstək olan ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılova təşəkkür etməyi özümə borc bilirəm

Xudayar demiş, ba belə...