adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Aprel 2021 10:02
30602
DÜNYA
A- A+

Koronavirusun "Britaniya" ştammı 132 ölkədə aşkarlanıb - ÜST

Son 14 gün ərzində koronavirusun Böyük Britaniyada aşkarlanan ştammı daha 2 ölkədə qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

Məlumata əsasən, "Britaniya" ştammının qeydə alındığı ölkələrin sayı 132-yə çatıb.

Bildirilir ki, son 14 gün ərzində Cənubi Afrika Respublikasında aşkarlanan ştamm da daha iki ölkədə, ümumilikdə isə bu mutasiyaya yoluxma halları 82 dövlətdə qeydə alınıb.

Analoji dövrdə Yaponiya və Braziliyada yayılan P.1 ştammı 7 ölkədə aşkarlanıb və bu mutasiyanın qeydə alındığı ölkələrin ümumi sayı 52-yə çatıb.