adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Aprel 2021 13:31
59323
MÜSAHİBƏ
A- A+

“Kitab bütün sıxıntılardan ayıran yeganə sığıncaqdır”- MÜSAHİBƏ

Həmsöhbətimiz gənc yazar Gülnar Ümiddir.

 

-Sumqayıt Mərkəzi kitabxanasının işçisisiniz. Kitablarla işləmək necə hisdir? Insandan nələri tələb edir? 

 

-Bəli,Sumqayıt şəhər Mərkəzi kitabxanasında təssərüfat müdiri vəzifəsində çalışıram.Kitablarla ünsiyyətdə olmaq insanın ruhunun dincliyidir məncə.Kitablar insanların bütün yorğunluğunu, neqativliyini və bütün sıxıntılarından ayıran yeganə sığınacağıdır.Kitablar insanlardan səbir ,diqqət və onları sevməyi tələb edir.Hər kitabın öz oxucusu olar,ona görə düşünürəm ki,insanların çoxu öz xarakter xüsusiyyətlərini oxuduqca ya kitaba köçürər,ya da kitabdam özləri üçün oğurlayar. İnsanlar kitablarla ünsiyətdə dili varkən lal olar,kitablar isə dilsiz danışarlar.Kitablarda həm mənfi,həm müsbət obrazlar olar bu obrazlar insanları çox dəyişər.Mənfi obrazlar səhv addım atan insanların belə, düşüncə olaraq  müsbət istiqamətdə dəyişər.İnsanlar səhvlərini o obrazda görərək müsbətləri seçər və  bu yanaşmayla kitab insanları dəyişməkdə ən güclü psixoloqdur.

 

 

-Kitablar da adamdan qayğı istəyir?

 

-Bəli,çox gözəl sualdır,mənə elə gəlir ki,qayğıya təkcə canlıların yox ,cansızların da ehtiyacı var,o cümlədən də kitabların. Oxunan kitablar qayğılı kitablardır və eləcə də elə kitablarımız var ki, o qədər oxucu kütləsinə sahib olur ki,onlar zədələnir və buna baxmayaraq biz onları yenidən cilidləyib istifadəyə veririk,bu da bizim kitaba bir başqa qayğımız olur. Kitabxana bir evdir və kitabların evidir.Həmişə köhnə kitabları ,zaman etibarı ilə oxunmuş ,hər kəs üçün doğma olan kitabları ev sahibinə bənzədirəm,yeni nəşr olunmuş ,yeni gələn kitabları isə qonaq kimi təsəvvür edirəm. Hər yeni kitablar gələndə onları qonaq kimi guşəmizin ən gözəl yerində yerləşdirərik və zamanla onlar da oxunaraq ,oxucularla tanış olaraq ev sahibinə çevrilərlər.Beləcə kitablar da mehribanlaşar öz aralarında.

 

 

Oxunmayan kitablar vərəqlənmədikcə küskün görünür

 

-Bir qalanın sirri filmində belə bir epizod var. Elşənin oxumadığı kitablar küsüb gedirlər ki, gedək bizi başqaları oxusun. Heç sizdə də elə olurmu? Hansısa kitab uzun müddət toxunulmasın. Heç oxucudan belə küsən kitablarınız olur? 

 

-Bəli,oxunmayan kitablar vərəqlənmədikcə küskün görünür,onları unudulmuş insanlara bənzədirəm. Bizim kitabxanada demək olar ki, oxunmayan kitablar olmur,çünki çalışırıq ki, oxucunun istəyinə,zövqünə uyğun kitabları onlara təqdim edək ki,həm unudulan kitab olmasın,həm də kitablarımız qayğısız qalmasın. Bəzən elə kitab olur ki,oxucuya təqdim edirik ,hansı ki,tanış deyil yazıçıyla.Oxucu kitabı geri gətirərkən minnətdarlıq hissini də bölüşür kitabı məsləhət gördüyümüz üçün, Biz oxucularla kitablar arasında  ən yaxşı vasitəçi hesab edilirik.

 

-Kitabxanaların doğma oxucuları olur. Və ya elə oxucu olur ki, o kitabxananı özünün evi kimi hiss edir. Belə hallar olubmu sizin kitabxanada?

 

-Sualınızla,demək olar ki,gündəlik rastlaşdığımız,qarşılaşdığımız hadisələrə  ən gözəl yanaşma etdiniz.Bizim kitabxana müasir standartlara uyğun olaraq çox gözəl,zəngin və həmçinin elelktron olduğundan hər iki formada oxucular istifadə etməkdən zövq alır. Onların rahat oxuması üçün bütün şərait yaradılmışdır. Kitabxanaçılarımız da sevə-sevə oxucularımızın istəklərini yerinə yetirirlər.Ona görə də oxucularımız bura gələrək öz evləri kimi rahat kitabxanamızdan istifadə edirlər. Onlar üçün bütün şərait yaradılmışdır,geniş auditoriyaya malik olan oxu zalımız var ki,oxucular rahatlıqla istifadə edə bilirlər.Həmçinin tədbirlər haqqında,yazarlar və şairlərimizlə keçirilən günlər haqqında məlumat üçün guşəmiz də var ki,oxucular izləyib görüşlərimizdə sevə-sevə iştirak edirlər.

 

-Bəzən kitab oğurluğunu müsbət hal kimi qiymətləndirirlər. Halbuki, mağazada əşya necə oğurlanırsa, kitabxanadan da kitab oğurluğu bir növ eyni təsir edir və eyni zərərə səbəb olur. Kitablarınızı oğurlayıblar? Və ya bu halla qarşılaşanda nə edirsiniz?

 

-Doğru vurğuladınız bu hər iki halda oğurluqdur,o qədər elə olub ki,oxucularımız kitablarımızı aparıb ünvanlarını dəyişdirərək, ya burda gəlib təhsil alanlar təhsili bitdikdən sonra öz şəhərlərinə gedərək özləriylə kitablarımızı aparıblar,hətta bununla yanası danılmaz faktdır ki,elə oxucularımız olub ki,oxu zalında əyləşərək oxuyarlar və özlərinə lazım olan səhifələri cırıb özləriylə apararlar və biz bunları sonradan başqa bir oxucu vərəqləyərkən görmüş olarıq. Doğrudur bu yaxşı hal deyil,həm kitablara qarşı, həm də biz işçilərin məsuliyyətinə çox təsir edir. İtirilən kitabları oxucular özləri öz hesablarına yenidən aldıqları kitablarla əvəzləyərlər, amma oğurlanan kitabları biz yenidən təzələyərik.Amma bu hallar az-az baş versə də olmasını istəməzdik.

 

-Bir ildən çoxdur ki, kitabxanalar fəaliyyətsizdi. Kitabxana sahəsinə hansı mənfi təsirləri olub?

 

-Pamdemiyayla əlaqədər doğrudur bir az çətinliklərimiz oldu və hal-hazırda davam etməkdədir, amma bu daha çox oxuculara mənfi təsir göstərir,çünki biz işlərimizi onlayn qaydada davam edirik,onlar da onlayn yararlanır.Onlayn oxumaqdan əziyyət çəkən və kitabdan oxumaq istəyən oxucularımız daha çoxdur o nöqteyi nəzərdən oxucularımıza bu çətinlik yaratdı. Elə oxucularımız var ki,istədiklərini onlayn deyil kitabla ünsiyyət quraraq oxumaq istəyir .Güman edirəm ki,tezliklə hər şey əvvəlki qaydasına dönər və oxucularımız yenidən sevə-sevə kitablarımızdan yararlanarlar.Onlayn xidmətindən yararlana bilməyən oxucularımıza çatdırmaq istəyirəm ki,hazırlanmış resursları  sumlib.az sayıtımızdan həm yararlana bilər,[email protected] ünvanımızdan istədikləri nəşri sifariş verə bilərlər.

 

-Bu bir ildə bir növ fəaliyyətsiz dövrdə hansı müsbət addımlarınızı, fəaliyyətinizi deyə bilərsiniz?

 

-Müsbət cəhətlərimizdən biri o oldu ki,kitabxanamıza gələ bilməyən, gəlməyən oxucularımız kitabdan əlavə sosial şəbəkələrdə tədbirlərimizdən video şəkilində ,email ünvanımızdan istədikləri yazıları,məlumatları,kitabların pdf formasında əldə edərək işimizdən asanlıqla yararlana bildilər.Həmçinin yazarlarımızın biblioqrafiq vəsaitləri hazırlanaraq istifadəçilərin istifadəsinə verildi.

 

-Öz şeir paylaşımlarından daha çox, başqalarının şeirlərini səsləndirmələrini görürük. 

 

-Doğrudur poeziyanı çox sevirəm, şeirləri oxumaqdan da çox onları səsləndirmək daha çox xoşuma gəlir.Hər şeiri də səsləndirməyi sevmirəm ,gərək o şeiri səsləndirəm ki,onu duya biləm.Bu mənimçün bir sevimli məşguliyyətdirmi deyim, ya istəkmi bilmirəm, amma bundan zövq alıram.

 

-Şeir kitabı çıxarmaq fikrin yoxdur?

 

-Əslində kitab çıxartmaq indi ən asan bir işdir, bu o qədər də vacib deyil mənimçün. Yəni istədiyin an bu hazır ola bilər, danılmazdır ki, bunlar madiyyatla da həyata keçən bir şeydir,amma mən  maraqlı ,fərqli və oxunaqlı kitab olsun deyə hələ tələsmirəm.Bəlkə də sayca  1 kitabım olacaq ,amma istəyirəm yadda qalan bir imza olsun.Şair adıyla birini çağırmaq asandır,gərək şeirin şair olsun!

 

Söhbətləşdi: Emin Piri