SON DƏQİQƏ:

"Cızma-qaraçı Ayxanı şiddetle kınıyorum. Lütfən, sakin ol"- Saffari yazır

  59536   |  
Şriftin ölçüsü  

Düzü, şəxsi münasibətlərimizi nəzərə alsam, bu yazı bir az gecikmiş yazıdır. Yəni, düşünürdüm ki, birdən xətrinə dəyər, birdən inciyər, baxma da, yazıçı ola bilməsə də, o da bir  adamdı, səhv edib, 5-3 kitab oxuyub, gəncdir, könlünə çox da dəyməyim.  Amma indi bu yazını oxuyursunuzsa, demək ki, bunun bir əhəmiyyəti yoxdur. Ona görə yoxdur ki, söhbət ədəbiyyatdan gedir və ədəbiyyat müstəvisində şəxsən mənim üçün toxuna bilməyəcəyim adam da, mövzu da yoxdur. Yəqin, Ayxan özü də bunu nəzərə alacaq.



Bəli. Sözümün bu dəfəki Mustafası bizim bu Ayxan Ayvazdır. Bizim deyib, üstümüzə götürdüyümə baxmayın. Ayxanı məncə, gizlətmək lazımdır. İndi ortalıqda qalmasın deyə, bir “ədəbi əmi” kimi öz üstümə götürürəm. Ümid edirəm, bu yaxşılığımı da unutmayacaq Ayxan. 

Ona hərdən ədəbiyyatın "Son beşiyi"-də deyirlər. Yəni, onunla bu cür məzələnirlər də. Amma bu, Ayxanın özünə xoş gəlir.

 

Mənə elə gəlir, Ayxanın ədəbiyyatı elə beşikdə qalıb, onu elə beşikdəcə...tövbə əstəfurullah.. boğublar...

Əvvəllər Ayxanın hekayələri haqqında yaxşı fikirdə idim. Yaxşı fikirdə idim deyəndə, yaxşı hekayələri var, söz yox. Monoton "reportajını" da hekayə adı ilə sıramasa, əslində, bir o qədər də pis yazmır, amma yenə də o deyil. Vallah, o deyil.

Açığı, Ayxan haqqında bir az yüksək fikirdə olmağımın bir səbəbi odur ki, o, mərhum atası Eyvaz Əlləzoğluya görə tanınmayıb. Çünki bu, bizdə ümumi bir problemdir ki, atanın, ananın yazıçı-şair olması, sənin yazıçı kimi qəbul olunmağında maneə törədir. Hətta səni sevməyənlər belə daim bundan istifadə edir ki, əşşi, onu da dədəsinə, nənəsinə görə tanıyırlar, qəbul edirlər. Amma Ayxan haqqında bunu demək insafsızlıq olardı. Mən isə heç demərəm. Təbii, deyənlər də var.

Amma görəsən, Ayxan niyə yazıçı kimi qəbul olunub? Görəsən, Ayxana birinci kimlər çox istedadlı yazıçıdır deyib? Bu ilk yalanı hansı günahsız atıb ortaya? Söz yox e, istedadsız deyil, amma bu qədər "drojlu" münasibət haradan qaynaqlanıb? Bax, burası bir az qarışıq məsələdir. Bir az köhnə nəsil, bir az öz nəsildaşları, hər kəs aldatdı onu. Günahkar, amansız cəmiyyət. Bədbəxt elədilər gül kimi uşağı. Xainlər, vicdansızlar. Vah-vaaaah.

Könül istərdi ki, burada Ayxanın hekayələrin ümumi təhlilini yazım, amma mən canıma yatmayan, dişimə dəyməyən mətni təhlil və tənqid eləmirəm. Belə halda, yanlız  müəllifin ümumi yazıçı portretini məhv edirəm. Tuturam birbaşa boğazından, deyirəm, hörmətli qələm sahibi, sən busan.

İndi Ayxan Ayvaz, sən də busan.


Bəs, görəsən, Ayxan Ayvazı niyə şişirdilər? Kimlər elədi? Nə maraqları var idi? Ümumiyyətlə, Ayxan Ayvazı niyə aldatdılar ki, bala, sən də yaza bilirsən, yaza bilən 5 yazıçıdan da biri sənsən. O deee ha, indi də girib havalara, kitab zad çıxardır, elə bilir, böyük yazıçıdır, amma qiymətini hələ tam vermirlər. Məsələn, mən düşünürəm, Ayxan Ayvazını qiymətini məhz onu oxumayaraq vermək lazımdır. Ümumiyyətlə, Ayxanı birdəfəlik yaddaşlardan silmək lazımdır ki, gələcək nəsillər belə bir adamın varlığından xəbərsiz olsunlar. Özünün yumoru olmasa da, quru, küt məzəsi ilə məzələnmək lazımdır onunla. Məsələn, birini mən deyim;

Gələcəkdə qardaşı Oğuz Ayvazın heykəlini qoyub, amma Ayxan Ayvazın adını yazmaq, Ayxanmış kimi təqdim eləmək lazımdır. Beləliklə, ən azından Oğuzun heykəli qoyular.

Nə bilim, mənə elə gəlir, Ayxanla tez-tez məzələnmək lazımdır ki, özünü unutmasın. Qəfildən zəng edib, salam, Ayxan bəy, sizi Xəzər TV-də verilişə dəvət edirik, adı da "Mən necə istedadsız oldum". Gəlsin, otursun istedadsızlıqdan ağız dolusu danışsın. Məncə, Ayxanın buna istedadı çatar. Həm də, necə lazımdır. Ümumiyyətlə, necə istedadsız olmaq olar adlı seminar təşkil edib, Ayxanı da təlimçi kimi təqdim etmək olar. Hansısa yazıçı-şair ortamlarında hamını təqdim edəndən sonra üzünü Ayxan tutub "bu da bizim slesar qardaşımız, ədəbiyyat sevdalısı dostumuzdur”

Yaxşı olardı ki, Ayxan elə oxucu kimi qalsın. Yaxşı oxumağı var amma. Heyif ki, özü də yazmaq eşqinə düşür.

"Mən necə istedadsız oldum" demişkən.

Ayxanın, "Mən necə Polat Alemdar oldum" adlı bir kitabı da var. Siz Elif bacının canı, bu nədir?! İçindəkiləri qoyun bir qırağa, belə kitab adı olar? Ayxan olsa-olsa "Güllü" ola bilər, Polat nədi? Əgər Ayxan Ayvaz Poladdırsa, kül "Memati"-lərin başına.

Azərbaycan ədəbiyyatı tarixinə vurduğu ziyan bəs deyilmiş kimi, bir də Türkiyə film kinostudiyasına da hücuma keçir. İki qardaş ölkə arasında nifaq salan bu cızma-qaraçı Ayxanı şiddetle kınıyorum. Lütfən, sakin ol. Yaza bilmeyene tecavüz etmiyorlar...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK