SON DƏQİQƏ:

“İrəli” də“Rəqəmsal Ay” başa çatdı

  10206   |  
Şriftin ölçüsü  

"İrəli" İctimai Birliyinin təşkilatçılığı  ilə həyata keçirilən "All Digital Month" (Rəqəmsal Ay) layihəsi başa çatıb.

Rəqəmsal ay layihəsi pandemiya şəraitində aktiv və sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı bir fürsətə çevrilib. Layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan fəaliyyətlər uğurla yekunlaşıb. 

Belə ki, layihə iştirakçıları beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, media savadlılığı, CV və motivasiya məktublarının yazılması, rəqəmsal marketing, milli musiqi, startaplar, karyera seçimi, jest dili, hüquq kimi mövzularla bağlı müzakirələrdə, həmçinin yazıçılar və bəstəkarlarla onlayn görüşlərdə iştirak edərək onları maraqlandıran suallara cavab tapıblar. 

Layihə ilə bağlı statistik məlumatlara gəlincə isə dövr ərzində 3 TV, 1 radio verilişdə iştirak edilib, 48 mətbuat orqanında 58 xəbər işıqlandırılıb. 
Layihədə isə ümumilikdə 517 nəfər iştirak edib ki, onlarla 12 fərqli mövzuda 12 təlim keçirilib. 

Birliyin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda mövcud vəziyyətdə gənclərin fərqli istiqamətlərdə maarifləndirilməsi, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığın artırılması, peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsidir.
 
Qeyd edək ki, layihə 25 mart -25 aprel tarixlərini əhatə edib.  Ötən mövsüm uğurla həyata keçirilən layihədə 300-dan çox gənc iştirak edərək müxtəlif bilik və bacarıqlara yiyələniblər.

Bir ay ərzində rəqəmsal fəaliyyətləri özündə cəmləyən layihənin əsas məqsədi gənclərin müasir dövrün çağırışlarına adekvat cavab verməsi, rəqəmsallaşmanın üstünlüklərinə diqqət çəkməkdir.  
 
Bütün bu fəaliyyətlərdən daha geniş məlumatlı olmaq üçün "İrəli" İctimai Birliyinin sosial media hesablarını izləmək kifayətdir: https://www.facebook.com/IRELI1/

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-07
2021-05-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK