adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Iyun 2021 15:58
32556
SİYASƏT
A- A+

Deputatlar Strasburqa yollanır

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 19-dan 26-na kimi Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Adalet.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Sessiyada Büronun və Daimi Komitənin hesabatı, Nazirlər Komitəsinin məlumatı, cari ilin aprelində Bolqarıstanda və Albaniyada keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri dinləniləcək.

“Media azadlığı, ictimai etimad və xalqın bilmək hüququ” mövzusuna xüsusi diqqət yetiriləcək.

COVID-19 pandemiyası ilə əlaqədar bir sıra aktual məsələlər gündəmdə olacaq.

AŞPA-nın yay sessiyasında müzakirə ediləcək vacib məsələlərdən biri Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyası olacaq.

Sessiya ərzində Krım tatarlarının vəziyyəti, Avropanın diaspor siyasəti, Avropada Afrofobiya ilə mübarizə və digər məsələlər də nəzərdən keçiriləcək.

Azərbaycan Milli Məclisinin deputatları sessiyada aparılan müzakirələrdə ölkəmizin mövqeyindən çıxış edərək məsələlərə münasibət bildirəcəklər.