adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Iyul 2021 10:38
91642
MÜSAHİBƏ
A- A+

Tenderin qalibi Aynur Cavid :“Bilgənin macəraları”  və 3000 manat mükafat...” MÜSAHİBƏ

“Hədəf Nəşrləri”nin “Bilgənin macəraları” uşaq seriyası kitabları üçün elan edilən müəllif tenderi yekunlaşıb. İyulun 10-da təşkil olunan tədbirdə tenderin qalibləri açıqlanıb. İştirakçılardan Aynur Cavid (Aynur Qarayeva) və Cəmilə Məmmədli qalib elan olunublar.

Adalet.az xəbər verir ki, Aynur Cavid 1980-ci ilin 13 noyabr anadan olub, əslən Ağdam rayonundandır. Məcburi köçkün kimi Qaradağ rayonunda məskunlaşıb. Qaradağ rayon 195 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir. Ailəlidir 2 övladı var.

Qısa arayış: Atası Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunda döyüşmüş Cavid Qarayevdir. Qarayev Cavid Paşa oğlu 1955-ci ilin 10 iyul tarixində Ağdam şəhərində anadan olub. Ağdamdakı 1 saylı tam orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Ağdam Musiqi Texnikumuna tar müəllimliyi ixtisasına qəbul olunub. 1976-cı ildə texnikumdan məzun olan Cavid Qarayev müharibə başlayana qədər elə həmin orta ixtisas məktəbində tar müəllimi işləyib. 1988-ci illərdə Ağdamda ilkkönüllülər batalyonu yarananda Milli Ordumuzun tərkibinə yazılan bu cəsur əsgəri1993-cü ilin oktyabrından etibarən bir daha görən olmayıb. O, müəmmalı şəkildə itkin düşüb.

 

 

Anası Qurbanova Ətrabə Kamal qızı Ağdam 8 nömrəli məktəbin müəllimi olub, ömrünün sonuna qədər Saatlı rayon Qıraqlı kənd tam orta məktəbində müəllim işləyib.

 A.Qarayeva tenderlə bağlı bir neçə sualımızı cavablandıracaq:

 

- Aynur xanım, əvvəlcə qalib gəldiyiniz tenderin məqsədi haqqında qısa bir məlumat verərdiniz ...

 

-“Hədəf Nəşrləri” tenderi elan edəndə ilk öncə elə məqsədi məni maraqlandırdı. Əsas məqsəd yerli ədəbiyyata yeni nəfəs qazandırmaq və uşaq ədəbiyyatını zənginləşdirmək olduğunu biləndə çox şad oldum. Çünki bu işin öhdəsindən gələcəyimə əmin idim. Həm də uşaqlarla işlədiyim üçün onların psixologiyasına dərindən bələd idim. Odur ki, tərəddüd etmədən tenderə qoşuldum.

 

 - Tenderin şərtləri haqqında da məlumat maraqlı olardı...

 

- Tenderə qoşulduqdan sonra bildim ki, ora məndən başqa 50 nəfər də yazı təqdim edib.. Həyəcanlıydım, amma buna baxmayaraq yazdığım hekayəyə o qədər arxayın idim ki... Uzun illər sinif müəllimi olmaq, onlarla danışmaq, əlaqə qurmaq üçün dönüb elə onlar yaşda olmaq artıq məndə vərdişə çevrilib. O səbəbdən də nəyi, necə yazmağı bilirdim. İştirkaçıların mətnləri obyektivliyin qorunmasının təmini üçün kodlaşdırılaraq  münsiflər heyətinə təqdim edilidi. 5 münsif tərəfindən qiymətləndirilən hekayədə qalib təqdim edilən meyarlar üzrə mümkün 50 baldan 38 ni topladım və qalib gəldim... Cəmilə Məmmədli ilə mən  bundan sonraadı gedən kitab seriyası üçün 10 hekayə yazacağıq.

 

- Qaliblər üçün mükafat fondu qurulduğu da deyilir.

- Qaliblərin elan edilməsiylə bağlı təşkil olunan tədbirdə nəşriyyatın metodik vəsaitlər üzrə direktor müavini Nizami Hüseynov çıxış edərək bildirdi ki, iştirakçıların təqdim etdiyi mətnləri, eləcə də topladığı balları analiz edib, münsiflər heyəti tərəfindən verilən balları əsaslandırıb. “Hədəf Nəşrləri”nin direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy da tədbirdə  qeyd etdi ki, ilkin mərhələdə tenderin mükafat fondu 2500 manat nəzərdə tutulsa da, daha sonra 3000 manat təyin olunub.

 

- Aynur xanım bir sinif müəllimi üçün bu böyük bir uğurdu. Sevincinizi ilk kiminlə bölüşdünüz?

 

- Çox istərdim ki, atam-anam sağ olaydı, məndə uşaq vaxtımdakı kimi hoppana-hoppana qaçıb atama sarılaydım, sevinclə, səsim tutduğu qədər qışqıra-qışqıra deyim ki, bax, ata sənin qızın uğur qazanıb. Nə iş görürsə görsün, çalışır ki, sənin adına layiq iş tutsun...

 

- Aynur xanım, maraqlı müsahibəyə görə təşəkkür edirik!Arzu edirik həm xalqın övladları , həm də öz övladlarınız üçün çəkdiyiniz əziyyətin bəhrəsini görəsiniz!

 Əntiqə Rəşid