adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Iyul 2021 14:22
18089
İQTİSADİYYAT
A- A+

Fikrət Yusifov- Pulu xərcləyəndə qazanmaq lazımdır

“Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Azərbaycan Prezidenti deyib ki, lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik.

Tanınmş iqtisadçı, keşmiş maliyyə naziri Fikrət Yusifov Prezidentin sözlərinə münasibət bildirərkən aşağıdakı fikirləri söylədi:

“Cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində haqlı olaraq “hər manata qənaət edilməlidir” ifadəsini işlədib. Bəli, təəssüflər olsun ki, vaxtilə nəzarətsiz qalmış xərcləri nəzarətdə saxlamağa məsul olan qurumlar, o cümlədən Hesablama Palatası öhdəsinə düşən işi məsuliyyətlə yerinə yetirmədi,  nəticədə dövlət büdcəsi sağa-sola çox dağıdıldı. Bu da dövlət büdcəsindən külli-miqdarda oğurluqlara yol açdı. Nəticə etibarilə itirəndə dövlət oldu.”

F.Yusifov iri məbləğdə yeyintilərə görə bir çox yüksək vəzfəli məmurların həbsə atılıb cəzalandığını bildirsə də, məsələnin hələ də qəti surətdə həllinin tapmamasını, lakin bu istiqamətdə görülən işlərin yaxın zamanlarda əla göstəricilərlə nəticələnəcəyinə inandığını söylədi.

 “Doğrudur, bu korrupsuya əməllərinə görə bəzi yüksək vəzifəli məmurlar həbsə atılsa da, bəziləri də cəza almaq ərəfəsində olsalar da, hələ də bir çox qurumlarda şişirdilmiş rəqəmlərə rast gəlinir. Təbii ki, Qarabağımızın, işğaldan azad olunan rayonlarımızın bərpası üçün 10 milyardlarla vəsaitin tələb olunduğu vaxtda hər manatın qədri bilinməlidir. Maliyyəçiılərin belə bir deyimi var, pul heç vaxt çox olmur, pula həmişə ehtiyac var. Pulu xərcləyəndə qazanmaq lazımdır. Pulu düzgün xərcləyə bilmirsənsə, nə qədədr pulun olur-olsun havaya sovrulacaq. Dövlətin pulu düzgün xərclənmirsə, həmişə pulla bağlı problemi olacaq ki, bu da pul oğurluğunu gücləndirəcək amildir. Ona görə də, mən Prezidentin dediyi fikirlə tam raziyam, dövlət büdcəsinin hər mənatının hesabı xərcləyənlərdən soruşulmalıdır. Hesab edirəm ki, bu gün vəzifəsindən asılı olmayaraq bütün məmurlar cənab Prezidentin bu müsahibəsindən  nəticə çıxarmalıdırlar. Çünki həmişə belə çıxışlardan sonra nələrin baş verdiyini hamımız görmüşük”,-deyə keşmiş nazir fikrini tamamladı.

İLTİFAT