adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Iyul 2021 10:59
25347
DÜNYA
A- A+

"Bu vəhşi qətliamı təbliğ etmək təxribatdır" - Altun

Bu cinayətin, vəhşi qətliamın ideoloji motivlərlə törədildiyini təbliğ etmək tamamilə təxribatdır.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ötən gün Konyada bir ailənin 7 üzvünün silahla qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

Mediada və ictimaiyyətdə informasiya çirkinliyinə qarşı diqqətli olmağa çağıran Altun qeyd edib:

"Bu qəddar hadisədən istifadə edərək cəmiyyəti parçalamağa və insanları bir-birinə qarşı qoymağa çalışan məsuliyyətsiz şəxsləri təmkinli olmağa çağırırıq".