adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Avqust 2021 10:05
31201
DÜNYA
A- A+

Danimarka həyəcan təbili çaldı: "8,5 milyard ton buzlaqəridi, fəlakət qapıda"

Qlobal iqlim dəyişikliyinin təsiri altında olan Qrenlandiya həyəcan təbili çalır.

Adalet .az xəbər verir ki, Danimarkanın açıqladığı məlumatlara əsasən, 8,5 milyard ton buzlaq bir gündə əriyərək okeana qarışıb. Əriyən buzlağın ABŞ-ın Florida əyalətini 5 santimetr su ilə örtəcək həcmdə olduğu bildirilib. Belə ki, Şərqi Qrenlandiyada bütün zamanların ən yüksək temperaturu qeydə alınıb. Cənubdan gələn istilik dalğasının təsiri ilə temperatur 19,8 dərəcəyə qədər yüksəlib.

İyun ayından bəri isə Qrenlandiyada 100 milyard tondan çox buz əriyib. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.

Qlobal iqlim dəyişikliyinin təsiri altında olan Qrenlandiya həyəcan təbili çalır.
Adalet  xəbər verir ki, Danimarkanın açıqladığı məlumatlara əsasən, 8,5 milyard ton buzlaq bir gündə əriyərək okeana qarışıb. Əriyən buzlağın ABŞ-ın Florida əyalətini 5 santimetr su ilə örtəcək həcmdə olduğu bildirilib. Belə ki, Şərqi Qrenlandiyada bütün zamanların ən yüksək temperaturu qeydə alınıb. Cənubdan gələn istilik dalğasının təsiri ilə temperatur 19,8 dərəcəyə qədər yüksəlib.
İyun ayından bəri isə Qrenlandiyada 100 milyard tondan çox buz əriyib. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.