adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Avqust 2021 15:45
20377
DÜNYA
A- A+

Türkiyədə antiterror əməliyyatı - 2 terrorçu zərərsizləşdirildi

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına mənsub 2 nəfər zərərsizləşdirilib.

Adalet.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Qeyd olunub ki, bölgədə "Ərən-13" antiterror əməliyyatları davam etdirilir.

Təhlükəsizliyin təmin olunmasına jandarm xüsusi qüvvələri, PUA-lar, eləcə də Hərbi Hava Qüvvətlərinə məxsus helikopterlər nəzarət edir.