adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Avqust 2021 09:44
9419
ELM VƏ TƏHSİL
A- A+

Müəllimlərin bu fənnlər üzrə vakansiya seçimi yekunlaşır

Avqustun 13-də biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər bu gün saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.