SON DƏQİQƏ:

Molla demiş, day bu heç də, buna yaraşır

  62968   |  
Şriftin ölçüsü  

Günlərin bir günü molla bir məclisdə  oturub , əxlaqdan, tərbiyyədən , qadınların oturuşunda, duruşunda, geyimindəki naqisliklərdən danışır. Sonra hədislər söyləyərək, eşidənləri “cəhənnəm odu” ilə qorxuzurmuş. Qır qazanıda qaynayacaqlar, hinkir-minkirin suallarına cavab verə bilməsələr Allah əzab əta edəcək, ilanlar-əqrəblər ətini çənkələyib yeyəcək....

Vaxt tamam olur. Molla məclisi tərk etmək qərarına gəlir. Məclisdəkilərin hamısı ayağa qalxıb, hörmət əlaməti olaraq  mollanı darvazanın çölünə qədər ötürməyi özünə borc bilir. Molla ilə birlikdə əhli məclis darvazaya çatanda baxırlar bir “inomarka” saxlayır, sükanın arxasında yarıçılpaq : bir qarış ətəyi olan yubka, sinəsi acıq. göbəyi çöldə, saçları saman kimi, dodaqları gellə doldurulmuş bir xanım düşür. Düşən kimi də üzünü mollaya tutur: Papıçka, evə getmirsən? Davay, gəl aparım də”
Molla da, yanında dayanmış 30 qədər kişi də az qala təəccübdən yıxıla ölə.İçlərindən bir kişi  boğazını arıtlayıb soruşur:


-Molla bu sənin qızındı? Bəs bu “cəhənnəm odu”nda yanmayacaq?


Molla özünü bir təhər ələ alıb, cavab verir:


- Ədə, bu heç dəəə, buna heç nə demək olmaz...Adamın Allahı var e, buna yaraşır də...

 

Qərb...


 Bayaq xəbərlərə baxıram, gördüm bir xəbər var, oxudum, amma  xeyli kefimi açdı. Xəbər deyil ee, anektoddu aniktod...

Deməli,  Rusiya xarici işlər naziri Sergey Lavrov  Qərbi yıxıb sürüyüb. Qərbin ünvanına diplomatikcə demədiyini buraxmayıb:”Qərb mövqelərini qorumaq üçün konvulsiv cəhdlər edir, onun bu çıxılmaz siyasətinin perspektivi yoxdur.
 Bu, hər kəsə və hər şeyə hakim olmaq üçün edilən təcavüzkar bir siyasətdir və Qərbə qarşı olan hər kəs cəzalandırılmalıdır. Belə bir siyasət Qərbin son 500 ildə dünya işlərində tutduğu mövqeyi qorumaq üçün konvulsiv cəhdlərini əks etdirir. Çoxqütblü, çoxmərkəzli bir dünyanın formalaşdığı zamanda Qərbin liberal dəyərlər tətbiq etmək cəhdləri müvəffəqiyyətli olmayacaq”, 
Molla demiş , day bu heç də, bunlara heç nə demək olmaz ...Bunlara yaraşır...
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK