adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Avqust 2021 16:26
1096
ELM VƏ TƏHSİL
A- A+

Məleykə Abbaszadə: "200 baldan çox toplayanların qəbul olma şansı..."

I qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı 29 nəfər artıb.

Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 500 baldan yuxarı bal toplayanların sayı isə 9 nəfər azalıb:

“200 baldan yuxarı nəticə göstərənlərin sayı 200 nəfər azalıb”.

I ixtisas qrupunda dövlət sifarişli yerlərin sayından danışan DİM sədri qeyd edib ki, bu rəqəm 10 mindən yuxarıdır:

“Bu qrupda 200 baldan çox toplayanların hamısının ali məktəblərə qəbul olma şansı var. Əgər onlar düzgün ixtisaslar seçsələr, qəbul olacaqlar”.