SON DƏQİQƏ:

Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

  1099   |  
Şriftin ölçüsü  

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində taksi sürücülərinə qarşı dələduzluq edərək onların pulunu ələ keçirən şəxslər saxlanılıblar. Əməliyyat zamanı Astara rayon sakinləri Şəhriyar Zülfüqarzadə və qardaşı İlkar tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müştəri kimi əyləşdikləri taksi sürücülərinin etibarından sui-istifadə edərək onları Qaraçuxur qəsəbəsi ərazisinə sürdürdükləri və orada qeyd edilən hadisələri törətdikləri məlum olub. Onların bu yolla 20-dən artıq taksi sürücüsünün pulunu ələ keçirdikləri müəyyən edilib. Saxlanılan zaman bu şəxslərin üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Adalet.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Orucov şübhəli şəxs kimi saxlanılaraq Polis Bölməsinə götirilib. Onun üzərində şəxs axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus 4 patron aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. Əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində yaşayan Elvin Məmmədov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 5 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Təqdim edilən hər bir faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb, adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Bu şəxslərin qanunusuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK