adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2021 16:04
1910
İDMAN
A- A+

PİVƏNİ REKLAM ETMƏK  QURBAN QURBANOVUN BORCU DEYİL 

«Bazel»lə  oyundan sonra  mətbuat  konfransı zamanı Qurban Qurbanov stolun üstündəki pivə butulkalarının götürülməsini  tələb edib. İndi baxıram sosial  şəbəkələrdə Qurban müəllimə buna görə elə bir hücum  təşkil edilib ki, az qala  sosial  şəbəkə partlayır.  Qurban Qurbanov inanclı adamdır və onun borcu deyil ki, pivəni  reklam etsin. «Qarabağ»ın o cür  möhtəşəm oyunu qalıb bir  kənarda, görün  nəyi  müzakirə edirlər?

Ayıbdı ey, vallah. Əhməd Ələsgərovdan  sonra üzə çıxarılası bir məşqçi  yetişib, Ramiz Rövşənin  sözü olmasın, ona  da daş atır  yerindən-duran.

Hətta UEFA dini inanclara hörmət edir, amma Qurbana  daş atan özümüzünkülər…