adalet.az header logo
  • Bakı 13°C
20 Sentyabr 2021 10:07
2455
ƏDƏBİYYAT
A- A+

Çıxıb gedirəm

Çıxıb gedirəm

Daha dözməyirəm bu soyuqluğa
Yığıb öz köçümü çıxıb gedirəm
Dözməyir ürəyim bu ağrılara
Başımı götürüb çıxıb gedirəm.

Nədir bu gileylər ,dedi –qodular
Açıbsan başıma 1001-oyunlar
Qəlbimə dolubdu acı,ağrılar
Rahat olum deyə çıxıb gedirəm.

Nə məni axtarın ,nə xəbər alın
Nədə ki,yalandan qeydimə qalın
Halıma acıyıb ,dərdimə yanın
Qırılıbdı qəlbim çıxıb gedirəm.

Məni anlamadı ,nə qohum nə yad
Heç vaxt istəmədim kimsədən imdad
Qocalıq həddinə çatmasada yaş
Doymuşam həyatdan çıxıb gedirəm.
Tanrı neynəsin ki, bəndə edənə
Həyatı duymayıb ,saxta gülənə
Özünü hamıdan aqil bilənə
Artıbdır nifrətim çıxıb gedirəm.
Özüm –öz halıma heç vaxt yanmadım
Hamıya əl tutdum vaxtım qalmadı
Ən dogma bildiyim ,məni duymadı
Nankorlar əlindən çıxıb gedirəm.

27.12.2017-ci il ürəkdən gələn dəyərli sözlər.


Müəllif: İsmayıl İbrahimov

Mənim.

Yenə aramızdan soyuq yel əsdi
Sən gələn yolları qar,boran kəsdi
Gəl inad eyləmə bu qədər bəsdi
Üzür ürəyimi qəm,kədər mənim

Nahaq inanmısan özgə sözünə
Baxa bilməyirəm nəmli gözünə
Götür qoy elədim özüm-özümə
Üzür ürəyimi qəm, kədər mənim

Özüm də bilmirəm nədir günahım
Ucalıb göylərə fəryadım ,ahım
Sən yoxsan bilmirəm mən hara baxım
Üzür ürəyimi qəm,kədər mənim

Mənə şirin gəlmir özgənin sözü
Daha öləzəyib sevginin közü
Deyirəm kor olsun fələyin gözü
Üzür ürəyimi qəm,kədər mənim

Nə qədər gec deyil yenə bir düşün
Şəvə saçlarına artıq dən düşür
Demə ki ,İsmayıl məndən gen düşür
Üzür ürəyimi qəm,kədər mənim

Elə bil həyatdan küskün olmuşam
Dostdan ,aşinadan uzaq olmuşam
Öz gözəl yarıma ögey olmuşam
Üzür ürəyimi qəm,kədər mənim

09.03.2004


A qardaş

Kövrəltdi qəlbimi sənin sözlərin
Danışdın mənimlə doldu gözlərin
Bəs niyə titrədi ,əsdi əllərin
Qəddini düz saxla ,əsmə a qardaş

Gedişin ,bir gün də gəlişi olar
Dost dostu görəndə qəlbi şad olar
Məsəl var “Dar günün ömrü az olar
Biz də sevinərik ,bir gün a qardaş

Həyatın qəribə qanunları var
Enişi,yoxuşu hamarlığı var
Bizi də yaradan Ulu tanrı var
Qurtarar çətindən bizi a qardaş.

Peyğəmbər adıdır ,daşıdığın ad
O,böyük Tanrıdan sən dilə imdad.
Çıxart ürəyimdən qəm qüssəni at.
Qoşul sevənlərə sən də a qardaş.

Səni kövrəltməsin məyus baxışım
Bilirəm dalğınam çatılıb qaşım
İsmayıl unutmaz sən tək yoldaşı
Bir gün görüşərik yenə a qardaş.

08.12.2003

Qayıt gəl

Bu qəfil ayrılıq haradan gəldi
Qəlbimə hicranın buz əli dəydi
Sənsizlik qəddimi nə yaman əydi
Dözə bilməyirəm qayıt ,qayıt gəl

O,xoş baxışların ,o,gülər üzün
Əsir eyləmişdi məni lap düzü
Sənə neyləmişəm dönübdür üzün
Dözə bilməyirəm qayıt,qayıt gəl.

Elə bir qanadı sınmış bir quşam
Dəstədən ayrılıb tənha qalmışam
Gecə-gündüz xəyallara dalmışam
Dözə bilməyirəm qayıt ,qayıt gəl.

O sənli günlərim arxada qalıb
Ürəyimi qüssə ,kədər ,qəm alıb
Dediyin xoş sözlər yadımda qalıb
Dözə bilməyirəm ,qayıt ,qayıt gəl

Gözlərim dikilib sən gedən yola
Röyada gördüyüm həqiqət ola
Gedibsən,bir gün gəlişin ola
Dözə bilməyirəm ,qayıt ,qayıt gəl


12.10.2003

Qurban olum mən.

Nədən inciyirsən nədən küsürsən
Zərif əllərini məndən üzürsən
Gecə-günüz göz yaşları tökürsən
Axan göz yaşına qurban olum mən

Bilirəm nə vaxtdır gözün yol çəkir
Həsrətin qəlbimi yandırıb tökür
Solğun baxışların qəlbimə çöküb
Solğun baxışına qurban olum mən

Gecələr sübhədək oyaq olursan
Bəzən ağlayırsan ,bəzən gülürsən
Nəmli gözlərini hey gizləyirsən
Nəmli gözlərinə qurban olum mən

Niyə dinməyirsən, danışmayırsan
Tayına –tuşuna qarışmayırsan
Dağınıq telini daramayırsan
Dağınıq telinə qurban olum mən

O,isti nəfəsin soyuyub yaman
Hicran qovuşmağa vermədi aman
Ötən günlərini saydın anbaan
Ötən günlərinə qurban olum mən.


Noyabr 2003.


Özünsən.

Yenə çatıb qaşlarını nədənsə
Niyə mənə məlul məlul baxırsan
Ürəyimi yandırırsan yaxırsan
Ürəyimdə axı sənin özünsən.

Söylə görüm ,nədir mənim günahım
Səni sandım son ümidim,pənahım
Vallah sənsiz puçdur mənim həyatım
Həyatım da axı sənin özünsən.

İstəmirəm nə dövləti, nə varı
Ömrüm ,günüm sənsiz keçir havayı
Kimim vardır ,mənim səndən savayı
Hər kimimdə axı sənin özünsən.

Gəl dayanma İsmayılın qəsdinə
Mən sadiqəm öz əhdimə ,eşqimə
Göz yaşı axıtmaq düşüb bəxtimə
Göz yaşımda axı sənin özünsən.

08.05.2005.

Mübarək olsun.

Ay Şərur elinin gülərüz oğlu
Elinə,gününə yanımlı oğlu
Həyatım həmişə mənalı olsun
Sənin bu ad günün mübarək olsun

Gecə-gündüz arzum budur Xudadan
Xudam özü daim sənə yar olsun
Bu gün ad gününə gəlmişik sənin
Sənin bu ad günün mübarək olsun

Xoş müjdəli günlər həmdəmin olsun
Qüssə,kədər,qəm səndən uzaq olsun
Ürəyin ən şirin arzuyla dolsun
Sənin bu ad günün mübarək olsun.

Əsrin əlli ilin arxada qoydun
Ömrünün müdriklik yaşına doldun
Həyatda adına layiq iz qoydun
Sənin bu ad günün mübarək olsun.

Gələcək işlərin uğurlu olsun
Raminlə ,Rəfail köməyin olsun
Sifətin həmişə qoy nurlu olsun
Sənin bu ad günün mübarək olsun.

03.05.2004

Günel xanım

Dünyaya gəlişin bayrama döndü
Atan,anan sənə baxıb öyündü
Muştuluğa neçə qapı döyüldü
Ay el oba bizə sevinc gəlibdi.
Qohumlar hamısı təbrikə gəldi
Kimi pay ,kimi də söz ilə gəldi
Ay ötdü ,gün ötdü ,sən dilə gəldin
Hər kəlmən şəkərə ,noğula döndü
Atan ad axtardı qızına layiq
Sən ulu kökünə mütləq ol sadiq
Başın uca olsun ,alnın da açıq.
Sənə kömək olsun yaradan Xaliq
Ellər yaraşığı ay Günel xanım.
Səni çox istəyir Tural qardaşın
Xoş günlər həyatda olsun yoldaşın
Toy- düyün işinə qarışsın başın.

Qəlbində yüz arzun ,yüz istəyin var
Yazıb yaratmağa min həvəsin var
Mənim də Tanrıdan bir diləyim var
Arzuna çatasan ay Günel xanım
Yoluna dikilib çoxunun gözü
Bunları çox yaxşı bilirsən özün
Sanma ki,burada tükəndi sözüm
Hələ çox yazacam ay Günel xanım.


08.03.2005


Ay Gülüm

Məni dəli bir sevday salıbsan
Dincliyimi əllərimdən alıbsan
Ürəyimi yandırıbsan yaxıbsan
Ürəyimə məlhəm eylə ay Gülüm
Sənsiz yoxdu nə gündüzün nə gecəm
Allah bilir səni haçan görəcəm
Vaxt uzansa inan ki ,mən öləcəm
Bu görüşü gəl uzatma ay Gülüm

Axı niyə ürəyi daş olubsan
Aramıza bir soyuqluq salıbsan
Doğma ikən ,indi ögey olubsan
Heç vaxt mənə ögey olma ay Gülüm !

İsmayılın tükənibdir səbiri
Çoxalıbdır ürəyinin dərd, qəmi
Sən inciyib ,qırma mənim qəlbimi
Vermişəm qəlbimi sənə ay Gülüm.

Daha ovundurmur məni təsəlli
Nə fərqi yaşasam yüz,yada əlli
Aldım əzrailə olubdu bəlli
Qoyma məni cavan öləm ay Gülüm


2004.

Geri dön

Yaman bağlanmışam düzü mən sənə
Mən könül vermərəm bir özgəsinə
İnan mənə ,dəymə mənim xətrimə
Atıb getmə insaf eylə geri dön

Dözmür ürək ,sənsiz keçən bir günə
Bu gün dünya dar görünür gözümə
Çox düşündüm ,sual verdim özümə
Atıb getmə ,insaf eylə geri dön

İnandım həyatda hər şirin dilə
Qəsd etdim özümə mən bilə bilə
Salmısan adımı sən dildən dilə
Atıb getmə ,insaf eylə geri dön

Bil ki ,mənəm hər nazına dözürəm
Gecə-gündüz göz yaşları tökürəm
Öləzimiş ,tonqal kimi sönürəm
Atıb getmə ,insaf eylə geri dön


20.09.2004

Görəsən

Bədnəzər gözümə gəldi sevgimiz
Yollar bağlanıbdır ,gəlmir səsimiz
Aləmə car olub bizim dərdimiz
Kimsə əlac edəcəkmi görəsən

Təskinlik veririk bir –birimizə
Gecələr yuxu da gəlmir gözümə
Ürək haray çəkir ,baxmır sözümə
Çoxmu çəkər bu ayrılıq görəsən

Nə Leyli Məcnuna ,Xosrov Şirinə
Nə də Əsli Kərəminə yetmədi
Vaxt ötüşdü,bəxt üzümə gülmədi
Əlim sənə yetəcəkmi görəsən

Həsrətimdir bu qəlbimi yandıran
Gözlərimdən yaz yağışı yağdıran
Ay qəlbimdə qəm havası çaldıran
Görüşünə gələssənmi görəsən

Bu nə sevgi ,nə məhəbbət bilmirəm
Sənsiz keçən bin günə də dözmürəm
Xoş sabaha ümidimi üzmürəm
Sabah səni tapacammı görəsən

Gileylənmə taleyindən İsmayıl
Sevgi yollarına indi qar yağıb
Ömrün bahar çağı arxada qalıb
Gələn yaza çatacaqsan görəsən.


Mart 2005.

Neylədin

Dağların başını duman ,çən aldı
Yollara baxmaqdan gözüm qaraldı
Sevgin ürəyimdə bir yuva saldı
Sən gəlmədin o sevgini neylədin

Ucuz tutdun sənəolan sevgimi
Tarimar eylədin Könül evimi
Sənə söyləmişdim ürək sözümü
Sevgi dolu o ürəyi neylədin

Gah yağışa düşdüm gah da borana
Yolu çaşdım çıxanmadım bir yana
Ümid qalıb səndə olan vicdana
Dönük çıxdın ,o vicdanı neylədin.

Mat qalmışam səndə olan dözümə
Yaman qəsd eylədim özüm –özümə
Vurulmuşdum sevgi dolu gözünə
Sevgi dolu o ,gözləri neylədin.

Sənli günlərimi sənsiz eylədin
Bal dadan ağzımı zəhər eylədin
Sevgisi yolunda canından keçən
Səni sevən İsmayılı neylədin.

24.05.2005

Eylədin

Qəm qatarı yol tapıbdır könlümə
Çox düşündüm ,çox daşındım xeyri nə?
Narahatdır ürək baxmır sözümə
Dünya mənə niyə qarğış eylədin.

Dəyməmişəm bir kimsənin xətrinə
Bürünmədim gül çiçəyin ətrinə
Cəllad kimi dayanıbsan qəsdimə
Dünya mənə niyə qarğış eylədin.

Qəm kədəri yağdırırsan üstümə
Qızınmadım ,hey kor oldum tüstünə
Bircə dəfə gülmüsənmi üzümə
Dünya mənə niyə qarğış eylədin.

Naçar qaldım alışdım sərt üzünə
Mən nə deyim belə tale yükünə
Öz yolumu mən gedirəm düzünə
Dünya mənə niyə qarğış eylədin.

İsmayılı çox çəkirsən sınağa
Çətin anda məni verdin qabağa
Ümidim var yenə gələn sabaha
Dünya mənə niyə qarğış eylədin


Noyabr 2005


Gözəlim

Sevgi ayrı düşdü hər ikimizdən
Hal-əhval tutmadıq bir-birimizdən
Niyə tez üzüldü əlin-əlimdən
Əlləri qoynunda qalan gözəlim

Əgər sən olsaydın mənim qismətim
Həyatda olmazdı kədərim ,qəmim
Dərdindən dəliyəm,varmı xəbərin?
Qəlbimi oxlayıb deşən gözəlim

Səni seyr edirəm hər an gizlicə
İnsaf et bu gecə qonaq gəl bizə
Oturaq səninlə belə üz-üzə
Ay üzümə həsrət qalan gözəlim

Səni yaşadıram mən ürəyimdə
Bundan xəbəri var yerin ,göyündə
Adımız car olub elin dilində
Mən olum dilinə qurban,gözəlim

Səndən başqa yoxdu mənim bir kimim
Sənə yalan desəm qurusun dilim
Kimsə qəsd eylədi bizə nə bilim?
İnanma hər sözə ,felə ,gözəlim.

İsmayılda daha qalmayıb dözüm
Vallah ağlamaqdan kor olub gözüm
Qalıb ürəyimdə bir neçə sözüm
Şirin dilli ,şəkər sözlü ,gözəlim

06.01.2006

İlahi

Çöəyimizi yeyib
Quduz itə döndülər
Şaxtalı bir qış günü
Üstümüzə cumdular

Top səsi ,mərmi səsi
Bürümüşdü hər yanı
Günahsız insanların
Axıdılırdı qanı

Həyətə düşən mərmi
Ətarfa qəlpələndi
Elvin ilə Maliki
Bir anda yerə sərdi

Hər tərəfə yayıldı
Ananın ah-naləsi
Ürəkləri dağladı
Hər sözü, hər kəlməsi

Körpə ,məsum balalar
Al-qana boyandılar
“20 –Yanvar “ günü
Məzarda uyudular

Bu ahı, bu naləni
Bu tökülən qanları
Bu haqsız zülümləri
Sən götürmə ,ilahi.


Könül

Bəxtəvərdir səni sevən hər ürək
Sevginin qədrini biləsən gərək
Ulu tanrı! Bu gözələ ol kömək
Gözəllərin gözəlidir bu,Könül

Buruq saçlar yaraşıqdır üzünə
Hey baxırsan ,sığal verir özünə
Məkək kimi görünür o,gözümə
Gözəllərin gözəlidir bu,Könül

İlk baxışdan mail olmuşam ona
Gözəlliyi səs salıbdır cahana .
O,bir yaraşıqdır Azərbaycana
Gözəllərin gözəlidir bu,Könül

Bir az həlim,bir az da sərt görünür
Sevmək üçün bəs eləmir bir ömür
Gözlərində sevgi odu heç sönmür
Gözəllərin gözəlidir bu,Könül

Həm ulduzum ,həm Günəşim olubdur
Ürəyimə sevgi odu qoyubdur.
Ancaq indi məndən uzaq olubdur
Gözəllərin gözəlidir bu,Könül

İsmayıl ! düşmüsən yenə sevdaya
Yetmək üçün o ,gözəllə vüsala
Yəqinsənmi o,qız sənə inana
Gözəllərin gözəlidir bu,Könül
20.02.2006

Sənin

Yaman çulğalayıb qəm,kədər məni
Necə inandırım bilmirəm səni
Belə getsə olacağam mən dəli
Fikirin,məqsədin , bəs nədir sənin

İlk dəfə gələndə sənlə üz –üzə
Sandım ki,qovuşdum nurlu gündüzə
Dedin gəl danışaq düzü-düzünə
Amma etibarın yoxuymuş sənin.

Dediyin sözlərdə məzəmmətin çox
Vurdun ürəyimə zəhərli bir ox
Telefonda hə dedi, dilin üzdə yox
Dilində həqiqət yox imiş sənin

Nələr eşitmədim,nələr görmədim
Alışdı sinəmdə ürək göynədi
Niyə ürəyinə insaf gəlmədi
Bildim ki, ürəyin daşıymış sənin

Görünür beləymiş taleyim mənim
Sevinib ,gülməyim bir də,çox çətin
Ölümün önündə duracam mətin
Təki üzün gülsün həyatda sənin.


12.06.2003


Nigar xanım

Üz –gözündən sevinc yağır, nur yağır
Baxışların ürəyimə od salır
Neçələri sənə həsəd aparır
Sən buna layiqsən ,ay Nigar xanım

Xoşbəxt bir anasan ,öz evində sən
Övladlar böyütdün bu həyatda sən
Olmayıbdır səndən inciyən, küsən
Mehriban insansan ,ay Nigar xanım.

Tanrının yanında əziz olubsan !
Çətinə düşənə kömək olubsan
Neçə analara ana olubsan
Qayğıkeş anasan ay Nigar xanım.

Mən səni özümə yaxın sanmışam
Dərdimə qəmimə şərik saymışam
Dar gündə özümə arxa saymışam
Hamıya arxa ol ,ay Nigar xanım.

Arzum budur ,daim gözəl olasan
Xətadan ,bəladan uzaq olasan
Səni sevənlərə gərək olasan.
Gərəkli insansan ,ay Nigar xanım.

08.06.2003