adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 12:52
568
MƏMLƏKƏT
A- A+

Yağış yağsa...

Sentyabr ayının 22-si olsa da, yəni, payız gəlsə də, son dörd ayda bir damcı olsun belə Bakıya yağış yağmayıb. Bunu bilirsiniz, nəyə görə deyirik? Ona görə deyirik ki, düz dörd aydır Bakının əksər yerlərində olan şam və digər ağaclar susuzluqdan əziyyət çəkir. Düzdür, bir çox yerlərdə davamlı olaraq ağacları sulayırlar. Amma paytaxtımızın əksər yerlərində şam və digər ağaclar Allahın ümidinə qalıb.

Bizim yaşadığımız Yeni Günəşlidəki şam ağaclarına baxanda adamın ürəyi ağrıyır. Demək olar ki, şam ağaclarının üstü toz-torpaqla doludur. Hələ biz onun nə qədər suya ehtiyacı olduğunu demirik. Əlbəttə, hər hansı ağacın dörd ay su içməməsi onun bir çox halda quruması deməkdir. Əgər Bakıya yağış yağsa, bu ağacların həm toz-torpağı təmizlənər, həm də susuzluqdan çartlayan «dodaqları» dincələr. Deməli, yenə hər şey Allahın ümidinə qalıb.

Emil FAİQOĞLU