adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Sentyabr 2021 19:11
1098
GÜNDƏM
A- A+

 Deputatın kədərli açıqlaması: "Ermənilər çarəsizcəsinə Süniki tərk edir ..."

2021-ci ildə 110 min nəfər Ermənistandakı doğma yurdunu tərk edib.


Adalet.az xəbər verir ki, bunu Ermənistan Blokundan olan deputat Vahe Akopyan deyib.Onun sözlərinə görə, Ermənistandan olan miqrasiya kosmik göstəriciyə çatıb. Deputat Zəngəzur (Sünik) vilayətindən ciddi emiqrasiyanın başladığını bildirib:
“Ən böyük emiqrasiya bu vilayətdəndir. İnsanlar çarəsizcəsinə öz yaşayış yerlərinni tərk edirlər”


 Qeyd edək ki, Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir.
Erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb.
Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub.
Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir. Belə ki, Zəngəzur vilayəti üçün bu göstərici təxminən əhalinin 0,5 faizindən çoxunu təşkil edir.
Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.

P.S  “Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü” – Prezident İlham Əliyev çıxışında bildirib.

Əntiqə Rəşid