adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Sentyabr 2021 12:04
2093
GÜNDƏM
A- A+

Erməni azərbaycanlılara "qardaş" dedi: "Evimin üstündə Azərbaycan bayrağı"...- VİDEO 

 “Azadlıq” radiosunun Ermənistan redaksiyası bu günlərdə Şurnux kəndindən növbəti reportajı hazırlayıb.
Adalet.az xəbər verir ki,
reportajda Şurnux kəndində son vəziyyət, erməni əhalinin narahatlığı, qayğıları işıqlandırılıb.
Şurnux kəndinin rəhbəri Akop Arşakyan deyir ki, azərbaycanlılar gələndən bu yana hələ kənddə elə bir ciddi insident baş verməyib. O, həmçinin bildirib ki, onun evinin damında Azərbaycan bayrağı dalğalanır.

 

 

Qardaşmış... “Qardaş”a bax
 

Biz "qardaş"ın həyatımızda buraxdığı bu faktları unutmadıq:

- İngiltərənin "Frant line news" telekompaniyasının əməkdaşı Rori Patriks: "Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi".

- Rus hərbçisi, mayor Leonid Kravets: "Bizi atəşə tutana qədər götürdüyümüz başqa bir oğlan uşağının başı yox idi. Mən hər yerdə xüsusi qəddarlıqla öldürülmüş və eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm".

- Fransanın "Valer aktyuel" jurnalı, 14 mart 1992: "Ermənilər müsəlman kəndlərində qırğın törətməklə Qarabağ azərbaycanlılarını qırmışlar".

- Fransanın "Le Mond" qəzeti (14 mart 1992): "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır".

- İngiltərənin "Times" qəzeti (4 mart 1992): "Çoxları eybəcər hala salınmışdı, balaca bir qızın isə yalnız başı qalmışdı".

- Rusiyanın "Moskovski komsomolets" qəzeti (29 yanvar 1994): "Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın-buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar... Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı".

- Xocalı sakini Cəmil Məmmədov: "Bizi Dəhraz kəndinin fermasına doldurdular. Hər gün döyürdülər... Əsgəranın yanğından mühafizə xidmətinin rəisi Karo mənim qızıl dişlərimi kəlbətinlə çıxardı, ağzım qanla doldu".

- Xocalı sakini Etibar Nəcəfov: "Təpiklə vurub atamın çənəsini sındırdılar, mənim isə yoğun armaturla vurub qıçımı sındırdılar. Məhsəti türkü Əhmədin əl-qolunu bağladılar, üstündə xəncəri var idi, həmin xəncərlə onun başını kəsdilər. Baş bədəndən ayrılandan sonra da qışqırırdı".

 

 

- Xocalı sakini Cəlil Hümbətov: "Mənim gözümün qabağında bir gəlinin qucağındakı körpəyə beş avtomat gülləsi vurub parça-parça etdilər. Həmin gəlini isə sinəsindən güllə ilə vurub öldürdülər. Mənim oğlumu, hamilə gəlinimi, həyat yoldaşımı, 16 yaşında qızımı gözlərimin qarşısında Xocalının içində öldürdülər. Bir məhsəti türkünü 11 nəfər ailəsi ilə birlikdə evdən çıxmağa qoymadılar, benzin töküb od vurdular, hamısı yandı. Ermənilərin yaşadığı Mehdikənddə 100 nəfərin başını kəsib qanlarını çaya axıtdılar, çayın rəngi qıpqırmızı idi... Ensiz taxtalardı, üzərinə mismarlar vurmuşdular. Qollarıma və əllərimə qoyub çıxdılar üztünə. Təpiklədikcə mismarlar girdi əlimə-qoluma... Mən 48 gün əsirlikdə qaldım, qayıdanda çəkim 72 kq-dan 28 kiloqrama enmişdi".

- Xocalı sakini Əntiqə Qəhrəmanova: "Əsgəran tərəfdən bir tank, bir "BTR" gəldi, yoldakı və yolun kənarındakı adamları qırdılar. Meyitləri cərgə ilə düzdülər, adamların qulaqlarını kəsir, qadınların döşünü kəsirdilər, kiminin gözlərini çıxarır, ya da yandırırdılar. Bir neçə hamilə qadının qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün qulağını kəsib ayağına bir güllə vurdu, sonra onu ağaca bağladılar. Ondan tələb etdilər ki, "de, yer erməninindir". Təvəkkül də dedi ki, "adam ölümdən ötəri yerini, vətənini satmaz". Sonra ayaqlarına benzin atıb od vurdular, xeyli yanandan sonra təkrar dedilər ki, "de, yer erməninindi". Təvəkkül eyni cavabı verəndən sonra başından benzini töküb, diri-diri yandırdılar".

- Xocalı sakini Rahilə Hacıyeva: "Alxanın başını divara vururdular, qanı axdıqca arvadına deyirdilər "sil", sonra yenə vururdular. Sonra başını kəsdilər... Ərim Mustafayev Vidadinin başını erməni zabiti öz qardaşının qəbri üstündə kəsdi. Həmin erməni qardaşının qəbri üstündə 4 nəfərin başını kəsmişdi və demişdi ki, qardaşımın 20 yaşı var idi, ona görə də 20 nəfərin başını kəsəcəyəm".

 

- Xocalı sakini Vəliyəddin Quliyev: "Bir hərbçi paltarında meyit var idi, başı yox idi. Əksər meyitlərin başının dərisini soymuşdular. Qız meyiti var idi, döşlərini kəsmişdilər".

- Xüsusi qəddarlıqla öldürülənlər: Telman Orucov, 1956-cı il təvəllüdlü, başının dərisi soyulub; Yelmar Əbdülov, 1949-cu il təvəllüdlü, başının dərisi soyulub; Fitat Həsənova, əlləri kəsilib; Bahadur Səlimov, 1928-ci il, cəsədi yandırılmış; İqbal Aslanov, 1970-ci il, yandırılıb, cinsiyyət üzvü kəsilib; Dilarə Nurəliyeva, gözləri çıxarılıb, döşləri kəsilib; Firəngiz Kərimova, 1935-ci il, bədəni tam doğranıb, gözləri çıxarılıb, döşləri kəsilib; Firuz Kərimov, 1960-cı il, diri-diri yandırılıb; Allahverdi Hüseynov, 88 yaşında, diri-diri yandırılıb; Ağayar İmani, 1989-cu il, diri-diri yandırılıb; Cəbrayıl Rəcəbov, 1961-ci il, gözləri çıxarılıb, qulaqları kəsilib; Canan Fərzəliyev, diri-diri yandırılıb; Ənahət Hümbətova, 1976-cı il, gözləri çıxarılıb, döşləri kəsilib; Hafiz Nuriyev, başı kəsilib; Hidayət Eyvazov, 1964-cü il, başı kəsilib; Vidadi Mustafayev, 1961-ci il, ermənini qəbri üstündə başı diri-diri kəsilib; Təvəkkül Əmirov, 1955-ci il, diri-diri yandırılıb; Əhməd İsayev, 1968-ci il xəncərlə başı kəsilib...

 Arabir xalq olaraq utanmağı,  xəcalət çəkmək diləyi ilə

Əntiqə Rəşid