SON DƏQİQƏ:

Paşinyana elə gəlir ki,  Türkiyə və İranı aldada bilib...

  1442   |  
Şriftin ölçüsü  

 

Müharibənin  bitdiyi   az  qalıb ki,  bir il olsun. Düz bir ildi bütün dünyanın siyasətçiləri, siyasi  ekspertləri deyir ki,  Emənistan regionda Türkiyənin də nüfuzunu nəzərə alaraq, onun fikirlərini  almalı,  masada olan problemləri  birgə müzakirə etməlidir.  Ara bir Paşinyan elə bir qərara gəldi.  Yəni, Türkiyəyə Gürcüstan vasitəsilə görüş istədiyini  də bildirdi.   İstəyi bildirəndən az sonra Ermənistan XİN A.Mirzoyanı  İrana gördərərək, İran dövlətini Türkiyə. Azərbaycan, İsrail əleyhinə doldurmağa , şər və böhtanlar deyərək aranı qarışdırmağa nail oldu. Bəli, Ermənistan hər 3 dövləti İranla qarşı-qarşıya qoymağa  xeyli zəhmət verdi.  Türkiyə ilə razılaşıb, görüşmək əvəzinə  verdiyi qərarından da geri çəkildi. Ya İrandan, ya da Rusiyadan imdad diləməyi üstün tutdu. 

Türkiyəyə tərəf addım atmaması isə  göründüyü kimi regionda vəziyyəti qəlizləşdirir. Hələ yenidən İranı Türkiyə və Azərbaycana qarşı qızışdırması da mütəxəssislərin gözlərindən qaçmır.

 

Bu yerdə belə  bir lətifə yadıma düşdü...Dəlinin strategiyası ilə Paşinyanın strategiyası arasında bir uygunluq gördüm.
  
Bir gün psixi dispanserin baş həkiminə səhiyyə nazirliyindən zəng edirlər ki, gəlirik yoxlamaya, görək son 6 ayda  müalicə etdiyiniz xəstələrdə irəliləyiş varmı. Olmasa vay sizin gününüzə.. Həkimlər yığışır, iclas olur, məlum olur ki, ağıllanmağa meyilli xəstə yoxdu, elə hamısı gəldiyi kimidir...
 "Ay Allah, neyniyək, nağayraq..." Heç nə !Sabah yoxlamalar gəlir. Bu dar macalda  day neyniyə bilərlər ki... Səhər yoxlamalar gəlir,  xəstələri yığırlar bir zala. Stolun üstünə də bir badımcan qoyurlar. Həkimlərə deyirlər ki, xəstələr  bunun nə olduğunu bilməsələr,  sizi işdən çıxaracağıq. Yox əgər, hansı xəstə düz cavab versə, onu evinə buraxacağıq, sizə də mükafat verəcəyik.

 Nəyisə, iclas başlayır . Badımcan stolun üstündə. Dəlinin biri gəlib deyir ki, bu boranıdı, suyunu az veriblər balaca qalıb. Deyirlər , keç otur. O biri dəli  gəlir həkimə sübut eləmək istəyir ki, bu boranı həkimləri kom görüb deyə, rəngləri dəyişib, qaralıb. O biri  dəli gəlir ki. yox e, bu banandı,” prosta” palçığa batıb. Bunada deyirlər ki, keç otur yerində, yəni evinizə gedə bilmədin. Bir başqası  gəlir deyir ki, ay həkim  sən boyda , ali təhsilli həkim bunun nə olduğunu bilmirsə , mən hardan bilim... Həkimlər baxırki, arxadan bir dəli əlini qaldırıb.  Deyirlər, nə istiyirsən,  cavab verir ki, bəs mən onun nə olduğunu bilirəm.. Dispanserin həkimlərinin üzü gülür, sevinə-sevinə deyir,  gəl qabağa sözünü burdan de.  
 Dəli boğazını arıtlayıb deyir: "Bu badımcandı".

Həkimlər bunu alqışlayırlar, təşəkkür edirlər, evinə getmək üçün  icazə vərəqəsi də verirlər.
 Dəli düşünür ki, day vəssalam , izin vərəqəsin aldım, gedirəm  evimə... Dönür arxaya , baxır bir həkimlərə, bir yoxlamalara, deyir: Ciccoooo, sizi aldadırdım ee, o badımcan deyil, kartofdu....


 Əminəm, "yoxlamalar" da, "həkimlər" də bu dəliyə bir çarə tapacaqlar. Həm də çox yaxında!


 Əntiqə Rəşid
  

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK