SON DƏQİQƏ:

Bakcell jurnalistlər üçün seminar təşkil etdi

  730   |  
Şriftin ölçüsü  

Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə iki günlük seminar təşkil edib.

Adalet.az xəbər verir ki, hər il təşkil olunan bu ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

“Mobil Telekommunikasiya – Son Trendlər və Yeniliklər” mövzusunda keçirilmiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb.  Seminarda təlimçi qismində Bakcell və digər telekommunikasiya şirkətlərini təmsil edən Azərbaycanın aparıcı telekommunikasiya ekspertləri çıxış edib.  Tədbir zamanı “Post COVID dövründə İT, Telekomda və istehlakçı davranışında trendlər”, “Mobil şəbəkənin inkişafı və dövlət əhəmiyyətli tədbirlərdə şəbəkə dayanıqlığını təmin etmək üçün görülən işlər”, “Pandemiyanın müştəri xidməti sektoruna təsiri və rəqəmsallaşma tendensiyaları”, “Data mərkəzlərinin telekommunikasiyada rolu”, “VoLTE texnologiyasının inkişafı” və “Smart şəhərlər və onların qurulmasında telekommunikasiya sənayesinin rolu” mövzuları üzrə interaktiv sessiyalar keçirilib. 

Faydalı məruzə və təqdimatlarla yadda qalmış seminar zamanı təlimçilər jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, onlarla fikir mübadilələri və müzakirələr aparıblar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK