adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Oktyabr 2021 09:52
180
SAĞLAMLIQ
A- A+

Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

Bakı şəhəri üzrə koronavirusa ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında qeyd edilib.

Məlumata görə, paytaxt üzrə yoluxmanın 14,6 faizi Binəqədinin, 13,6 faizi isə Xətai rayonunun payına düşür.

Sabunçuda yoluxma səviyyəsi 11,8 faiz, Yasamalda 11,7 faiz, Suraxanıda 8,4 faiz, Nərimanovda 7,8 faiz, Nəsimidə 7,6 faiz, Xəzərdə 7,6 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 4,9 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz olub.