adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Oktyabr 2021 09:19
1231
HADİSƏ
A- A+

Bakıda mənzildən kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səfərov Eldar Sərxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.