adalet.az header logo
  • Bakı 16°C
26 Oktyabr 2021 11:43
1340
DÜNYA
A- A+

Yunanıstan indi Böyük Britaniya “anlaşdı”

Sentyabrda Fransa, oktyabrda ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini yeniləyən Yunanıstan bu dəfə İngiltərə ilə müdafiə müqaviləsi imzalayıb.

Yunanıstan xarici işlər naziri Nikos Dendias və Böyük Britaniyalı həmkarı Liz Truss dünən Londonda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla  strateji əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar. Dendias  memorandumun təfərrüatlarına  varmadan müqavilənin müdafiə, ticarət, təhsil və iki ölkəni maraqlandıran bütün sahələri əhatə etdiyini bildirib. Kipr və Şərqi Aralıq dənizi mövzularını da müzakirə etdiklərini söyləyən N.Dendias  bildirib ki, İngiltərənin Avropa Birliyindən çıxması Yunanıstan ilə əlaqələrinin dəyişəcəyi anlamına gəlmir, ikitərəfli münasibətlərin daha da inkişafı üçün imkan yaradır.  

Müqavilə ilə bağlı N.Dendias “Elefterob Tipos” qəzetinə deyib: “Böyük Britaniya ilə müqavilə Fransa və ABŞ ilə olduğu kimi təkcə müdafiə xarakteri daşımır. Xarici siyasət də daxil olmaqla digər mövzuları da əhatə edir. Nüvə dövləti olan İngiltərə həm BMT Təhlükəsizlik Şurasının daimi üzvü, həm də Kiprdə qarant dövlətlərdən biridir”.

İLTİFAT