SON DƏQİQƏ:

Bakıda azyaşlı qızı məktəbdən çıxarkən maşına mindirib oğurlamaq istədilər

  353   |  
Şriftin ölçüsü  

Bakının Sabunçu rayonunda azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib.

Adalet.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb.

Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.

Z.Q sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır.

Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Z yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırır. Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK