adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2021 10:44
1329
MƏMLƏKƏT
A- A+

Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb

Dekabrın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 213 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, monitorinq 206 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 105 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.