adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Yanvar 2015 12:44
55433
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük. 

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status.

                                                   

                                                                        ***


Mübariz Qurbanlı : "Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır! Şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm!”


                                                                        ***


Qənirə Paşayeva :"Ermənistan ordusunun təxribatlarına layiqli cavab verərək şəhid olan 3 əsgərimizə, qardaşımıza Allahdan rəhmət, əzizlərinə səbr diləyirəm.Nur içində yatsınlar”

                                                                        
                                                                        ***


Aydın Mirzəzadə :"Dünən çox təsirli bir hadisə baş verdi. Axşamçağı mənə bir gənc yaxınlaşdı və mənə adımla müraciət etdi. Məlum oldu ki, o, 3 saylı uşaq evində böyüyüb və məni ora olan səfərlərimdən tanıyır.

Sol əlinin protez olduğunu, ancaq işlədiyini və özünü dolandırdığını bildirdi.

Dedi ki, hörmətli Mehriban xanım Əliyevanın uşaq evində böyümüş uşaqlar üçün tikdirdiyi binada mənzillə təmin olunub və heç bir problemi yoxdur.

Bir qədər danışdırdım, telefon nömrəmi yazdırdım, mənzilinə gələcəyimə və gələcəkdə onun elçiliyinə gedəcəyimə söz verdim.

Etdiyim köməyi götürmək istəmirdi.

Onun timsalında himayəsiz qalan uşaqlara dövlətin himayə etdiyini və onların sərbəst həyata hazırlandıqlarının şahidi oldum”.

        
                                                                       ***
                                                                     


Fazil Mustafa : "ÖLÜLƏR KARNAVALI
Dünən Strasburqa qonşu olan Almaniyanın Kehl şəhərində Firdovsi bəylə gəzməyə getmişdik. Çox maraqlı bir hadisə ilə qarşılaşdıq. Bütün şəhər bayram ab-havasında idi. Hər kəs fərqli əcinnə paltarları geymiş, üzlərini qaralamış, oynayır, oxuyur, içib şənlənirlər. Soruşdum ki, bu bayramın adı nədir? Dedilər ki, "Ölülər Karnavalı". Allah sizi güldürsün, demək ki, bunlar ildə bir dəfə özlərini ölülərə bənzədib dünyanın keyfini çıxarırlar. Maraqlıdır ki, festivalda iştirak edən hər bir şəxs bunun üçün dövlətdən vəsait alır və bu tədbirlərdə həmin vəsaiti xərcləyir. Son zamanlarda məmləkətimizdə o qədər yürüyən leşlərlə qarşılaşdım ki, bu canlı Ölülərin Karnavalından xeyli zövq aldım”


                                                                    ***



İndira Şəmsivari : "Əzizlərim xahiş edirəm birləşərək müraciət imzalayaq ki, Qorbaçova verilən Nobel mukafatı geri alınsın. Bir şəxs ki, xalqa təcavüz edir, o heç bir mükafata layiq ola bilməz, həmçinin Azərbaycan nefti sayəsində alınan mükafata”.


                                                                        ***


Sənan Nəcəfov :"29 yanvarda İrəvanda etiraz aksiyası keçiriləcək. bu dəfə ATƏT-ə qarşı.
Ermənilər həyasızlıqla atəşkəsin biz tərəfdən pozulduğunu, ATƏT-in isə seyrçi mövqedə qaldığını deyirlər. Hmmm...


Çox maraqlıdır ki, təşkilatçı erməni faşisti-"siyasi icmalçı" Karen Vardanyandır. Bu məxluq utanmadan-qızarmadan deyir ki, hamı Ermənistanı və Rusiyanı günahlandırır. ATƏT-i yada salan yoxdur. Ay göz oğlu göz (hərflərdə dəyişiklik edə bilərsiniz), indi yadına düşdü ATƏT-in fəaliyyətsizliyi? Ay qand...uras, İrəvanda və Gümrüdə baş verənlərdən sığortalanmaq üçün qoymusunuz özünüzü axırıncı yola - "erməni" yoluna”. 


                                                                        ***


Səidə Haqverdiyeva: "Bilirəm çox ağır olacaq mənim üçün ...amma nə etməli bizim də sevgimiz bura qədərmiş. Ayrilmalıyıq! Səninlə çox maraqlı idi. Lakin görürəm ki, Gəncliyimi, fikirlərimi, vaxtımı oğurlayırsan... Səninlə vidalasmalıyam facebook”



                                                                         ***


Elxan Şahinoğlu :"Gəbəbəydə şəhid verməyimiz ondan xəbər verir ki, Ermənistanla savaşa yanlız Qarabağda deyil, bütün sərhəd boyu hazır olmalıyıq. Görünür, qarşı tərəf Qarabağ istiqamətində bizə gücü çatmadığından başqa istiqamətlərində uyğun hədəflər axtarır. Digər tərəfdən bu bizə mesajdır ki, əgər Azərbaycan ordusu nə vaxsta Qarabağ istiqamətində əməliyyata başlasa, Ermənistan ordusu bizə başqa istiqamətlərdə problem yaradacaq. Önəmli olan bu mesaja nə cavab verəcəyimizdir. Müdafiə naziri Zakir Həsənov həlak olan hər əsgər və zabitimizin intiqamını düşməndən onqat alacağını açıqlamışdı...”


                                                                           ***


Aysel Vəlizadə : "Vətənin bölünməzliyi uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Şəhidlik kimi uca zirvənin sahibi olmaq şərəfdir, Allah bizlərə də şəhidlik zirvəsinə çatmağı nəsib etsin”.


                                                                            ***

Gülnar Məsimli : "Yaxşı yadımdadı müharibənin qızğın vaxtları idi, mən məktəbli idim. Böyük xalamın 2 oğlu 16-19 yaşlarında idi, hər ikisi könüllü cəbhəyə getdi. Böyük oğlu universiteti yarımcıq qoyub Rusiyadan gəldi birbaşa cəbhəyə getdi. Ard-arda ikisi də yaralanıb gəldi. Böyük çox ağır vəziyətdə onurğasından yaralandı həm də və 10 il yorğan-döşəkdən qalxa bilmədi eləcə də gözünü yumdu... Xalamdan kiçik oğlunu da istəyəndə dediyi sözlər hələ də qulaqlarımda... Mənə görə o şəhiddi... Şəhid olanın adı Vüqar idi, ədəbiyyat müəllimimin ona yazdığı misralar daima dilimdə
...Sən Vüqarsan, dəyanətsən
dözəcəksən əzizim...
Üç şəhid bir ailədən vermək nədisə verən bilər...
Müharibə dəhşətdi, torpaqsız və yurdsuz yaşamaq da həmçinin...”


Sübhan Mahmudlu