SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  52668   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamınınşəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisəürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarınıgöydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status


                                                                            ***


Naibə Qurbanova: "Qadının inboxuna yazırsan kişisi cavab verir, kişiyə yazırsan qadının senzurasından keçirib sonra cavablandırır...
Üç-beş işarəlik parola sahiblənə bilinməyən cəmiyyətdə kişi-qadın hüquqlarından, gender bərabərliyindən danışıb artıq informasiya ilə beynimizi doldurmasaq yaxşıdır. Ənənəvi işlərinizlə məşğul olun!”

                                                                          ***



Fəridə Abdiyeva: "Azərbaycandakı jurnalist ilə müsahib arasındakı münasibətlər qaydaya salınmalıdır. Müsahib özunə güvənmirsə müsahibə verməsin. Daha müsahibədən sonra göndər redaktə edim, özümü Eynshteyn göstərim lazım deyil. Müsahibəni yollayırsan qayadanda təzə müsahibə, sitatlar, tarixlər və s. Görürsən. İnanın oxuduğunuz müsahibələrdəki müsahiblər düşündüyünüz qədər ağıllı, hazırcavab deyil. Hər şeyin həddi var. Hörmət edir müsahibəni göndərirsən ki, hansısa kiçik düzəliş edilsin əksinə sənə də bir sifət edib, təzə özlərinə müsahibə yazıb qaytarırlar.
Lakin jurnalisti incitəyən müsahiblər də var ki, onlarin haqqını da yemək olmaz”

                                                                             

                                                                                ***



Günay Məhərrəmli: "Bu reallıqdır ki, hal hazırda 95% müəssisələrdə iş təcrübəsi olmayanları işə almırlar. Bu şirkətlərin egoistlik göstəricisidir ki, "gedib başqası üçün çalışsın,sora işini öyrənib mənə gəlsin" deyə düşünürlər. Mən razıyam ki, bəzi işlər üçün doğurdanda təcrübə lazımdır. Sırf iş təcrübəsi yoxdu deyə bir çox məhsuldar gəncləri şirkətlər özü itirir. Amma müəssisə sahibləri və HR-lar fikirləşmirlər ki, daha öncə heç bir yerdə işləməmiş və bacarıqlı bir kadra, biraz təlim keçərək onu necə məhsuldar kadra çevirmək olar. Çünki, yeni kadr daha öncə heçyerdə işləməyib və iş üçün yanıb tutuşur, ona nə versən ən yaxşı şəkildə yerinə yetirəcək. Onu öz şirkətinin mühitinə rahatlıqla adaptisa edib,onu özün öz şirkətin üçün yetişdirib güclü işçiyə çevirib mənfəət əldə etmək olar. Necə ki, Çin bu sistemdən istifadə edir və nəticədə göz qabağındadır.....”



                                                                                 ***



Elşad Məmmədli: "Yenicə facebook profili yaratmış bir dostum deyir ki, statusumu like edən olanda elə sevinirəm, sanki menimüçün milyoner qızına elçi gedib "həri" alıb gəliblər”



                                                                                   ***



Səbuhi Rəhimli: "Dəhşət saçan odur ki, Kəlbəcər girovları ilə bağlı status paylaşanda uzağı 25 nəfər bəyənir, amma hansısa şou əhli ilə qoşa şəklimizi verəndə 400-dən çox bəyənmə, nə qədər də paylaşma və rəylər olur. Nədi bu?”




                                                                              ***




Fatimə Hacibəyli: "Nə qəribədi))hamı acdı kasıb çörək tapmır yeməyə ona görə acdı,varlıda kökəlirəm deyib yemək yemir ,oda acdı..deməli hamı eyni təbəqədədi kasıb varlı yoxdu hər iki halda aclıqdı”




                                                                                ***



Nigar Rüstəmqızı:"Pessimist olmaq çətin deyil, çətin olan böyük bir fırtınadan sonra göyqursağı kimi gülümsəyə bilməkdir. Sənin qollarının qucaqlamağa yetmədiyi bir ağac bir toxumla başlayıb bu yola. En uzun yollar isə bir addımla başlayar. Anam her fursetde gunese dogru tullanmağımı məsləhət görürdü. Gunəşsə əlimiz çatmasa da, ən azı ayaqlarımız yerdən kəsilirdi çünki”




                                                                                 ***



Afaq Vasifqızı: "Ay sizin qələminiz qırılmasın!  Heç sizə dostluq göndərənlər arasında belələri var? Mənə TİTRƏK QƏLƏM adlı bir xanım dostluq göndərib. Cavan qızdı, yarımştat şəkilləri də var (yəni, məsələn saçı görünür, üzü görünmür, çiyni-başı var, sifəti yoxdu, ya ancaq siluetdən ibarətdi və s. bu qəbildən).. Adamın indidən qələmi titrəyirsə sonrası nolacaq? TİTRƏK QƏLƏM eee”




                                                                              ***



Rəbiqə Nazimqızı: "Bir müdrik dostumla söhbət edirdim. Soruşdum ki, bəzi adamlar bu qədər riyakarlığı, yaltaqlığı, şər-şəbədəçiliyi haradan alırlar axı. Qayıtdı ki, Allah ədalətlidi. Kimsə qabiliyyəti ilə özünə çörəkpulu qazanır, amma qabiliyyəti olmayan bədbəxt də necəsə dolanmalıdır da...”




                                                                              ***



Aytac Hüseyinli: "Hər insanın fərqli düşüncəsi olduğu kimi fərqli insanlarda çoxdu ona gorə heç kimi qınaq obyektinə çevirməyin. Allahın işinə qarişmaq gunahdı dərk edin bunu!!!!!”




Sübhan Mahmudlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK