SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  55697   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdənAdalet.azsaytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status

                                                                  ***

İlqar Rəsul: "Həyatınızı özbaşına buraxmayın, yoxsa, o sizi sındırana qədər sınayacaq...”



                                                                   ***


Cavid İsmayıl: "Gələn il tibb üzrə Nobel mükafatı bizim türmə həkimlərinə veriləcək, ədəbiyyat üzrə Nobel mükafatı da bu prosesi şahid kimi qələmə alana. Gərək o yazının sonunu belə bitirərdilər - Göydən üç alma düşdü”


                                                                     ***


Qulu Ağsəs: "... Giriş qapısında buket bağlatdırıb içəri adlayıram. Sürətlə mənə tərəf şütüyən "Toyota"dan müğənninin çılpaq səsi gəlir: "sənəəə görə..." 
Qeyri-ixtiyari maşının ardınca boylanıram. Qəbiristan gözətçisi sürücü xanıma havadan öpüş yollayır...


                                                                      ***


Murad Köhnəqala: "Həyatın mənasını itkilərin arasında axtarma...

                                                                     

                                                                     ***


Naibə Qurbanova: "Bu cəmiyyətin sevgidən doğulmuşlara daha çox ehtiyacı var!”

                                                                      

                                                                    ***


Günel Cəlilova: "Paltarı cirkli olandan deyil, düsüncəsi çirkli olandan qorxun”


                                                                        ***


Rəbiqə Nazimqızı: "Saytlar sağ olsunlar, Elza Seyidcahanın Serj Sarkisyana həsr etdiyi şeirdən bizi agah etdilər, bundan çox xoşbəxtik. Çox sevinirik ki, şairə xanım artıq daha ciddi mövzulara müraciət edir.
Amma... Təklif edirəm ki, elə bu saytlar şeiri rus, ingilis və ən başlıcası, erməni dilinə tərcümə edib dünyaya yaysınlar, bax bu olar ciddi iş...”


                                                                         ***


Bəxtiyar Rəhimov: "Valideyn xeyir-duası almış insan xoşbəxt insandır!


                                                                         ***


Fəridə Abdıyeva: "Özgəcan Aslan hadisəsi qadınların kabusu olan təcavüz məsələsini bir daha gündəmə gətirdi. Məncə bütün qızlara özünü müdafiənin yolları öyrədilməlidir. Qız övladı olan valideynlər bu məsələyə həssas yanaşmalıdır. Çünki bu kimi hadisələr Azərbaycanda da yaşanıb və ehtimalları heç də az deyil. Mənim də 3 kiçik bacım var. Ürəyim qan olur onlar harasa gedib-gələndə. Evin böyüyü olduğumdan onlara qarşı valideynlərimtək məsuliyyət duyuram. Bəlkə də hər axşam "Ey Rəbbim onlara gələn dərd, qada-bala mənə gəlsin"-deyə dua edirəm. Təcavüz qorxusunu hər qız uşağı yaşayır, təhriklərə də məruz qalırıq. Bu danılmazdır. İnanmıram ki, bu məsələ öz həllini tapa...Sadəcə vacibi odur ki, qızlara çətin vəziyyətlərdə müdafiə olunma öyrədilməlidir. Mütləq!”


                                                                          ***


Fatimə İbrahimova: "Bir-birini tanımadan, birbaşa sən deyə müraciət edən insanlarla elə ordaca münasibətini kəsmək istəyir adam...”



Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK