adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Mart 2015 17:49
46082
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Qadın – bu söz özündə nələr əks etdirir?.. Gözəllik, şəfqət, mehribanlıq, məğrurluq... Qadın yaranan gündən bəşəriyyəti dəyişib, adından söz etdirib. Dünyanın ən böyük dahiləri – hətta bir-birinə zidd ideyaları, amalları olan kişiləri belə bir düşüncədə – qadına pərəstişdə birləşdirib:



Qadın elə bir mələkdir ki, biz uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə bizə təsəlli verir. (A.Aqustin)

Bəli, qadın istəsə dünyanı cənnətə çevirər. Onlar istənilən sahədə uğurumuzun təminatçılarıdır. (Pam Brown)

Qadın doğulmaq lazım deyil, qadın olmaq lazımdır. (Simona De Bovuar)

Ağıllı bir qadın xəzinədir. Gözəl ve ağıllı bir qadın gücdür. (George Meredith)

Qadın xoşbəxtliyə dəvət deməkdir: (Şarl Bodler)

Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir... (Ceyms Elliot)

Peyğəmbərimiz belə buyurub: Əgər övladlar arasında fərqləndirməyə izin olsaydı mən qız övladlarımı daha çox sevərdim və üstəlik cənnətin də məhz anaların ayağı altında olduğunu nəzərə alıb mən də ozümdən balaca bir cümlə yazmaq istərdim Əgər Tanrım insanın insana səcdəsinə izin versəydi mən məhz qadına səcdə edərdim. Bizim qadınlar ən dəyərli hədiyyəni dünyaya gələndə məhz qadın kimi gəlməklə Tanrımdan alıblar. Ana, bacı, xala, bibi sərhədi ilə yekunlaşmayıb Millətimə, dövlətimə xidmət edən qadınların timsalında bütün qadınları, çiyin-çiyinə çalışdığım qadın iş yoldaşlarımı Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm.

Bu qədər yalan, böhran, çirkablıq dolu həyatımızda gözəl, bir az sirli, həyat dolu Sizlərin olmağı ruhumuzu rahatladır. Qadınlar mürəkkəb varlıqdı. Qadınlar yaradılmayıb ki onları başa düşsünlər, onlar yaradılıb ki, onları sevsinlər. Qadınları sevmək kimi ən ülvi öhdəlik də biz kişilərin ixtiyarına verilib. Gəlin, qadınları sevək...Sevək ki, xoşbəxt olaq, qocalanda təsəllimiz, həmdəmimiz olsun...


"Facebook gündəliyi"nin bugünkü rubrikasını 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edirik.

                                                                           ***

Yunus Oğuz: "Əziz qadinlar! Dünyanı gözəllik xilas edəcək, gözəlliyi isə qadınlar! Bayramınız mübarək”

                                                                           ***


Musa Qasımlı: "Əziz xanımlar, sizi 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, şəxsi və iş həyatınızda uğurlar arzulayıram. Qoy, çöhrənizdən təbəssüm, qəlbinizdən sevgi, evinizdən şevinc, ruzi və xeyir-bərəkət heç bir zaman əskik olmasın, Neçə gözəl bayramlara...”

                                                                           ***

Kandilat Yusupova (Özbəkistan): "Xanım-xatın qadınlar! Bayramınız mübarək, həmişə güldən gözəl, günəşdən nurlu, bahardan təravətli olun!"

                                                                            ***


Naibə Qurbanova: "Bizim üçün sevgi xərcləyin, SEVGİ! Pulu özümüz də xərcləyərik”


                                                                            ***

Ləman Mustafaqızı: "Sabah doğum günü olacaq kişi tanıyırsınız?”

                                                                            

                                                                             ***


Gülnar Məsimli : "QADINlar sevilmək, sevmək, güvənmək və qoruyub, qorunmaq istəyir... SEVGinizi verin qadınlara əziz bəylər! Həm də bütün varlığınızla, sədəqə verircəsinə deyil”

                                                                              ***

Aybəniz Əliyar: "Anamın və bacılarımın timsalında bütün ana-bacılarımızı təbrik edirəm, öpürəm, bağrıma basıram..."


                                                                              ***

Bəsti Sevdiyeva: Mənim dəyərli bacılarım sizi 8 mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə ürəkdən, candan təbrik edirəm. Sizə əsl qadın xoşbəxtliyi və Uca Allahın sevimli bəndəsi olmanızı arzu edirəm. Həmişə Allahın pənahında olasınız Amin!!!


                                                                                ***

Tahir Əmiraslanov: "Əziz Xanımlar. Azərbaycan xanımları. Uşaqlarını 18 yaşınadək deyil, qoçalana qədər qoruyan analarımız, qardaşının başı ağrıyanda ağlayıb-sızlayan bacılar.ata deyəndə dili ağzında yanan qızlarımız,sevğılisi, ərləri üçün həyatlarını verən xanımlar, qocalanda belə üz-gözündən nur yağan gözəl-göyçək nənələrimiz, xalalar, bibilər... Həmışə bizə görə əzab, ağrı, dərd, fikir çəkən, günahlarımızı, səhvlərimizi bağışlayan, özü barədə düşünmədən bizi oğullarını, qardaşlarını, ərlərini xoşbəxt etməyə çalışan, dəyərli, sevimli, Gözəl, Müdrik, Allahdan sonrakı tanrımız olan Azərbaycan Xanımları bayramınız mübarək. Qoy hər gün qadınlar bayramı olsun. Bizdən inciməyin, insan aldığı havanın qədrini bilmir boğulana qədər. Həmişə yanımızda olun hava kimi. Yoxsa vallah boğularıq. Var olun”


                                                                              ***

Vəli Xramçaylı: "Bütün bəşəriyyətin qadınlarının bayramını təbrik edirəm. Allah üstünüzdə olsun, inciməyin kişilərdən. Onları da dünyaya siz gətirisiz. Nə günahı varsa, o da sizindi sevinci, kədəriylə...”


Sonda yenə də dahi kəlamına üz tuturam: dünya şöhrətli fransız yazıçısı Honore De Balzak deyir: "Tanrı, qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun!”


Sübhan Mahmudlu