"Facebook gündəliyi"
Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.
Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.
***
Xəqani Səfəroğlu: "Nəşriyyatın qaranlıq koridurundakı bir redaksiyadan bağırtı gəlir:
Əndərəbadi adı olan qəzetin yazıçı-baş redaktoru kiməsə çığırır: "Səni ədəbiyyata kim gətirib? Kim? Kim səni ədəbiyyata gətirib? De"... Cavab eşidlimir.. Baş redaktorun səsi koridorda exo verir..
..Lap gestapodakı sorğu -suala oxşayır..”.
***
Elçin Mirzəbəyli: "Elə bil hər şey "dünənə" qayıdır. Dünənə qayıtmaqdan qorxuram...”.
***
Vəfa Cümşüdlü: "Tərtərdə idim.Dedilər ki, MƏŞƏL gəlir.Camaatın üzündəki " xoşbəxtliyi" sözlə ifadə etmək mümkün deyildi. Sevincdən hər kəs göz yaşı tökürdü....”.
***
Faiq Balabəyli: "FÜZÜLİ demişkən: Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun! Ətrafımda elə insanlara təsadüf etdim ki...”.
***
Seymur Qasımbəyli: "Səhvi olmayan insan həyatı yaşamayan insandı”.
***
***
Əsəd Cahangir: "Xalq həmişə öz yazıçısını tanımaya da bilər, amma yazıçı həmişə öz xalqını tanımalıdır”.
***
Kəmalə Abıyeva: "Vicdan göz,qulaq,heç ürək də deyil-hamıda olmaz”.
***
Kənan Hacı: "Əziz dostlar, kitablarımız bölgələrə, hətta Sumqayıta belə gedib çatmır. İnboksuma yazıb gileylənənlər çoxdu. Sumqayıtda, digər bölgələrdə yaşayan dostlarımız dəfələrlə giley-güzar edirlər ki, yeni çıxan kitablar bizə gəlib çatmır. Hər kəsin paytaxta gəlmək imkanı yoxdur. Əyalət insanı kitabsız qalıb. Kitab nəşri və yayımı ilə məşğul olan dostlar bu yöndə hansısa bir addım atsalar, kitaba əli çatmayan oxucularımız da sevinərlər”.
***
Sahib Məmmədov: "Bizim inşaatçılar qranitin ən bərk süxur olması barədə mövcud olan nəzəriyyəni darmadağın etdilər. Qranit qədər kövrək, tezovulan, əl dəyən kimi qopub dağılan süxur yoxdur. Bir süxurdan düzəldilən bardur ki, iki ay davam gətirmir, onun nəyi sərt süxurdur? Qranit bardurları ildə 4 dəfə dəyişirlər. Deməli dağılır ki dəyişirlər. Yoxsa dəli olmayıblar ki?”.
Sübhan Mahmudlu