«MƏN MÜSAHİBƏNİ İSPANAKERTDƏ VERƏJƏM!» - Aqil ABBAS yazır

AQİL ABBAS
166 | 2025-04-24 14:29

Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun 79 yaşı tamam oldu. Şəhidlər ölmür, Allahverdi də ölməyib. Allahverdi haqqında çox yazıblar. Qəssab Temirin oğlu Allahverdi özü də bir qəssab idi. «Qəssab» sözün Azərbaycanda  igid adama deyirlər tarixdən. Qacar  ilk dəfə Məhəmməd bəy Cavanşir Batmanqılıncla rastlaşanda demişdi:

- Bu, əsl qəssab  Məmməddir. And olsun atamın urvahına, mən belə bir igid görməmişəm. Yalnız Lütfəli xan Zəndlə müqayisə edərdim, Lütfəli xan da bunun yanında qorxaqdır.

İndi Allahverdi Bağırov da Məmməd bəy Cavanşir kimi bir igid idi. 

Müsahibə verməyi xoşlamazdı. 1991, ya 92-ci iliydi, nə qədər  müsahibə  almaq istəsək də danışmamışdı, belə demişdi: «Mən müsahibəni İspanakertdə verəjəm!». Amma çay içəndə danışığından bir-iki söz oğurlaya bilmişdik. 

Söz verirəm ki, tezliklə həmin vermək istəmədiyi müsahibəni tapıb qəzetimizdə çap edəcəm. 

Ona İspanakertdə müsahibə vermək qismət olmadı, amma onun  döyüşçüləri nəinki  İspanakertdə müsahibə verdi, hətta futbol da oynadılar. 

İndi Xankəndində Allahverdinin arzuları həm çiçək kimi, həm də orda yaşayan azərbaycanlıların gözlərində sevinc kimi çiçəkləyir. 

 

TƏQVİM / ARXİV