Əli Əsədov iclası keçirdi, tapşırıqlar verdi 

79 | 2024-07-22 20:00

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.

Nazirlər Kabinetindən Adalet.az-a bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində istilik enerjisi təchizatı sahəsində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyəti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və qarşısında duran vəzifələr və digər məsələlər ətraflı müzakirə olunub.

İclasda Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri iştirak edib, məruzələr dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunaraq, aidiyyəti qurumlara istilik xidmətlərinin keyfiyyətinin artırılması, istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi, istilik təchizatında fasilələrin yaranmaması, həmçinin digər təcili və təxirəsalınmaz addımlarla bağlı müvafiq tapşırıqlar verilib.

TƏQVİM / ARXİV