Qazaxıstan və İran prezidentləri müzakirə apardı

65 | 2024-07-22 18:35

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki,  Kasım-Jomart Tokayev İran Prezidentini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib və ona ali dövlət vəzifəsində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Qazaxıstan-İran münasibətlərinin daha da möhkəmləndirilməsinə qarşılıqlı səy göstərməyə hazır olduqlarını təsdiqləyiblər. Dövlət başçıları iqtisadi-ticari, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TƏQVİM / ARXİV