Xırdalanda hündürmərtəbəli binada yanğın olub - VİDEO

76 | 2024-07-22 18:49

FHN-in "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində çoxmənzilli yaşayış binasında  yanğın baş verməsi barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədəm qısa müddətdə söndürülüb. 

Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

 

TƏQVİM / ARXİV