Oğuzda 11 yaşlı qız faciəvi şəkildə öldü

59 | 2024-07-22 18:17

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

Adalet.az xəbər verir ki, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.

Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub./report

TƏQVİM / ARXİV