VOR ZAKONUN  İKİÜZLÜLÜYÜ - Aqil ABBAS yazır

AQİL ABBAS
1185 | 2023-11-23 09:10

Əslində çoxüzlüdür, biz ikiüzlü yazırıq. Adətən oxuyuruq da, görürük də kinolarda vor zakonların bir üzü, bir sifəti, bir sözü  var.

İndi dünyada  vor zakon dövlətlər yaranıb, onların da  ən böyüyü Amerika Birləşmiş Ştatlarıdı.  O qədər böyükdür ki,  Sovet İttifaqı kimi bir vor zakon dövləti də məhv elədi, indi «sxodka»ları özü aparır. Kimi istəyir asır, kimi istəyir kəsir, ölkələri dağıdır, başlarına  bomba  tökür və sair  və ilaxır, it gəldi çarıq apardı, at gəldi  örkən. 

İndi yenidən  bizə  907-ci maddəni  tətbiq edib, yəni bizə maddi  yardım  etməyəcək, silah-sursat  satmayacaq.

30 il bu maddəni bizə tətbiq elədi nə oldu ki, indən belə də tətbiq edə nə ola? Gərək ki, Konfutsinin sözüdü, deyir ki,  müharibələr əhalinin  qırılması, amma  dövlətlərin  qüdrətlənməsi  deməkdir. 

ABŞ və onun əlaltıları qırx ildən çoxdu İrana  embarqolar  tətbiq edib, amma İran maddi-texniki  bazası, hər cür silah-sursatı,  raketi, hərbi  təyyarələri, hərbi gəmiləri, sualtı  qayıqları olan bir  ölkəyə çevrilib. Çünki  insan çətinliyə düşəndə daha ağıllı  fikirləşir. Necə ki 1941-ci ildə Sovet İttifaqı müharibəyə qoşalülə ilə çıxdı, 43-cü ildə «Katyuşa» ilə. Eləcə də biz. 907 tətbiq  olunmasına  baxmayaraq, iqtisadiyyatımızı  yüksəltdik, ordumuzu  gücləndirdik, Müdafiə Sənayesi  Nazirliyi  yaratdıq, silah-sursatımızı da, raketlərimizi də, zirehli  texnikamızı da, insansız  hava  uçaqlarımızı da özümüz  istehsal elədik. Və təbii ki, Möhtərəm Prezidentimiz, Ali  Baş Komandan İlham    Əliyevin sərkərdəliyi ilə və uzaqgörən siyasəti ilə. 

İndi ABŞ bizə 907-ni tətbiq etsə nə olur,  etməsə nə olur? 

«26-lar» filmində bir gözəl  epizod  var. Hacı gərək ki, ermənilərə deyir:

- Dirsəyimi  ye. 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV