XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır

91 | 2024-07-22 15:39

İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır.

Adalet.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Reza Nəcəfi bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə İranın nüvə proqramına dair “altılıq”la əldə edilmiş Əhatəli Razılaşma Planı üzrə danışıqları bərpa etməyə hazırdır.

Nazir müavini deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 15 hesabatı İranın öhdəliklərinə əməl etdiyini isbatlayır.

O, ABŞ-nin bu plandan çıxmasına görə ovaxtkı Prezident Donald Trampı ittiham edib.

Qeyd edək ki, 2015-ci ilin yayında tərəflər arasında Əhatəli Razılaşma sənədi imzalanıb. İranın həlak olmuş Prezidenti İbrahim Rəisinin başçılıq etdiyi hökumətin dövründə Omanın vasitəçiliyi ilə danışıqlar davam edib.

TƏQVİM / ARXİV