adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Oktyabr 2016 13:57
103750
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                        ***

1.Elçin Mirzəbəyli: "Bir körpənin əlləri isinsin deyə bütün şeirlərimi yandırardım...”


                                                                        ***

2.Nuridə Allahyarova: "Bir qaydanı özün üçün qızıl edəcəksən: heç kəsə çizdiyin sərhəddən keçməyə icazə verməyəcəksən. Canım dediklərim Zəhrimar deyəndə anlayıram”.


                                                                        ***

3. Xalid Kazımlı: "Əgər küçəylə gedərkən görsəniz ki, camaat üzünə tük gəlməmiş bir gədəni "Niva"dan endirib çırpır, harayçılıq edin, qoymayın öldürsünlər, amma bilin ki, onu nahaq yerə döymürlər. 07-dən düşən avtoşlar indi də "Niva"lara süvar olublar və cəllada çevriliblər. Bu gün səhər-səhər biri 30-luq yolda 100 sürətlə ötmə əməliyyatı edirdi, az qala yolun kənarıyla dərsə gedən məktəbliləri basıb əzəcəkdi. O, bir gün ələ keçib çırpılacaq, amma gec olmasa, yaxşıdır..."


                                                                        ***

4. Məlahət Abasova: "Sabahınız xeyir dostlar. Son günlər yapışmışam kişi-qadın mövzusundan. Hamının fikri dəyərlidi. Vallah belə baxanda qurban olum özümüzə. Görürük də dünyanı. Nə gündədilər? Elə biz yaxşıylq. Yaxşı ki Azərbaycanlıyıq. Yaxşı ki, müsəlmanıq. Kişilər başdı, Allah qorusun.. ammaaa qadınlarda boyundu. Pis çıxmasın, başııda boyun idarə edir ölürəm ara qızışdırmaqçün".


                                                                        ***

5.Vüsal Qarayev: "Deyir, mağaza sahibi "Şok Endirim" yazıb camaatı aldadır, cərimələnməlidir. Rəhmətliyin oğlu, o boyda nazir çıxıb xalqa deyir, ölkədə işsizlik 5 %-dir, bəs onu necə edək ?”.


                                                                        ***

6.Müsfiq Xan: "Bir neçə ay əvvəl öz qeyd dəftərçəmnən birini də oğluma hədiyyə eləmişdim. Bu gün xəbər tuturam ki, sən demə ora özünnən nağıllar uydurub yazırmış. Hətta fürsət tapıb sinif müəlliminə oxutdurub altınnan tərifdolu qeydlər də yazdırıb. Səhər mənim də əlimə keçdi. Yazdıqlarını oxudum, bizim yerli dizilərin ssenarilərifason şeylər yazıb. Ən axırıncı səhifəsini isə yazsa da, cırmadan qatlayıb kənarınnan yapışdırmışdı. Səliqə ilə açıb oxudum. Başlığı belə idi - "Tərbiyəsiz nağıl". Söhbət isə Samirə adlı bir qadının 26 il sonra bəbəsinin (belə yazmışdı) olacağınnan gedirdi. Ahh, bu uşaqlar".


                                                                        ***

7. Nurlana Quliyeva: "Mən qanun adamıyam.Tək cinayətim var o da Dolya Vorovskaya mahnisin bəyənməyimdi".


                                                                        ***

8.Əmrah Fəqanoğlu: "Bəlkə də ehtiyacımız olan tək şey -dəyər verincə dəyişməyən insanlar...!”


                                                                         ***

9.Elman Cəfərli: "Bütün günü vətən, millət, Sakarya nağılları danışan partiya sədri, millət vəkili övladına "papa", "mama" deyil, "ata", "ana" yazmağı öyrətməyibsə, ta heş nə... Yeri gəlmişkən, hərəkatda iştirak eləmiş bir millətçi partiya sədri vardı, övladını rus bölməsinə qoymuşdu. Vələdi Azərbaycan bölməsinin uşaqlarına "çuşka" deyirdi.”.


                                                                         ***

10.Cavid Zeynallı: "O gün yolda Üzeyirə it hürdü. Deyir, ata, it nə bərkdən qışqırır. Deyirəm, oğlum, qışqırmır e, hürür. Getdik bulvara. Karuseldə camaat qışqırışırdı. Qayıtdı ki, ata, adamlar nə bərkdən hürür ".


Sübhan Mahmudov