SON DƏQİQƏ:

CEHİZDƏN ÇOX SAVAD...

  66264   |  
Şriftin ölçüsü  
Allah hamının balasını xoşbəxt eləsin və Allah-Təala çoxlarına da qız toyu edib onu ər evinə köçürməyi nəsib eləsin. Bundan gözəl, bundan yaddaqalan an çətin ki, insan ömründə bir daha ola. Düzdür, adam qızını köçürəndə bir neçə gün özünə gələ bilmir və həmişə evdə gözü onu axtarır. Elə ki, qızı başqa ocaqda özünə isti yuva qurur, oğlan evinə isnişir, bax onda qız atasının çiynindən sanki ağır bir yük götürülür...
Belə bir atalar deyimi var: "Qız yükü, duz yükü". Bizim millət qızlarının yükünüdaha çox çəkməyə alışıb. Ən azından ona görə ki, ər evinə gedəndən sonra da bir çoxlarımızın elə ürəyi qızlarımızın yanında qalır. Gücümüz nəyə çatırsa, nəyə yetirsə, ona əl atmağa can atırıq. Mən inanmıram ki, elə bir ata olsun o, qızını axtarmasın və imkanı daxilində ona əl atmasın. Amma bir məsələ də var da. Qızlar atalarını oğlanlardan daha çox istəyirlər. Mənim də bir qızım, bir oğlum var. Allah hamının balasını xoşbəxt eləsin. Qızım Füzulinin Horadiz şəhərində yaşayır və ailəsiylə çox mehribandır. İki də nəvəm var. Sözümün canı ondan ibarətdir ki, elə bir gün olmur ki, qızım mənə telefon açmasın və ovqatımı soruşmasın. Bir balaca canım ağrıyan kimi o dəqiqə hiss edir. Görürəm zəng vurur, yüz bəhanə ilə vəziyyətimin yaxşı olduğunu deyirəm. Ancaq səsimdən və ovqatımdan hiss eləyir ki, ağrıyıram. Elə bil ki, ona da, mənə də hər birimiz çətinliklə üzləşəndə o dəqiqə nəsə xəbər çatır. Bir sözlə, qızım mənimlə nəfəs alır...
İndi qayıdaq əsas mətləbə. Axı biz qızlarımızı köçürəndə ona çalışırıq ki, yaxşı cehiz verək, imkanımız varsa hələ bir ev də tikək. Bunlar hamısı çox gözəldir. Amma bunlardan da öncəsi biz qızlarımıza ali təhsil, savad verməliyik. Diplom yox ha, savad! Çünki indi o qədər diplomlu adam var ki, savadı olmadığına görə, adi test imtahanından keçib bir işə düzələ bilmir. Savadı olanlar isə çox asanlıqla həm testdən, həm də müsabiqədən uğurla adlayırlar.
Mənim bir yaxın qohumum var. Hər iki qızı da Xarici Dillər Universitetini qurtarıb, ingilis dili müəllimidilər. Qohumum bir dəfə dedi ki, qızların cehizindən çox savadları məni düşündürür. Çünki nə qədər bahalı, yaraşıqlı cehizlər alsan da, beş-on ildən sonra onlar köhnəlib sıradan çıxacaq. Nə yaxşı ki, uşaqlara vaxtında təhsil verə bildim. Hələ imkanım olsaydı onları lap xarici ölkələrdə oxumağa göndərərdim. Şükür Allaha ki, hər ikisi ali məktəbi bitirdi və işə düzəldi. Düzdür, onların ikisi də ailə qurub. Həyat yoldaşları da pis qazanmır. Amma qızlar özləri də çox zəhmətkeş, savadlı və bacarıqlıdılar. Dərsdən əlavə repititorluqla da məşğuldular. Bu isə o deməkdir ki, onların həmişə əziyyətlərinə, savadlarına görə çörəkləri olacaq.
Əlbəttə, bizim millət ən çox qızını ərə vermək istəiyr ki, çiynindən ağıry yük götürülsün. Lakin onu fikirləşmirlər ki, bu ağır yük bir azdan sonra bir qədər də ağırlaşacaq və çiyni bu yükə tab gətirməyəcək. Çox vaxt da heç bir ali və orta ixtisas məktəbini bitirməyən qızlar ailə qurandan sonra bir çox çətinliklərlə üzləşirlər. Yəni onların dolanışıqları pis olanda həmin xanımlar savadsız və diplomsuz olduğuna görə restoranlarda, yeməkxanalarda belə iş tapa bilmirlər. Çünki indi restoranlara, yeməkxanalara qabyuyanları da tanışlıqla işə qəbul edirlər. Əgər kimsə tanışın, yaxının varsa onun xahiş-minnətindən sonra hansısa yeməkxanada o xanımı işə götürə bilərlər. Əks təqdirdə həmin adamlar ömrü boyu iş tapa bilməyəcək və sıxıntı içində boğulacaq.
Dünyanın hər yerində ali təhsilə, savada çox böyük diqqət yetirilir. Təkcə qızlara deyil, elə oğlanlara da çoxları savad verməyə çalışır. Bizdə isə ən çox oğlanları oxutmaq istəyirlər. Çox nadir halda kimsə qızını xarici ölkədə oxumağa göndərər. Buna da bəziləri dodaq büzüb deyirlər ki, ayə, filankəsin qızı gedib filan ölkədə oxuyur, indi başlı-başına qalıb. Bax, bu cür mental dəyərlər bizi dünyəvi inkişafdan saxlayır və ləngidir.
... On il bundan əvvəl hansısa bir qadın sükan arxasında əlyəşəndə kimlərsə ona birtəhər baxardı. Və bəzən də deyərdilər ki, a kişi, bu xanımın yiyəsi yoxdur, gedib maşın sürür? Mənim tanıdığım bir ziyalı adam da əvvəllər bu cür qadın sürücüləri görəndə ağzını əyirdi. Amma indi onun qızı da maşın alıb və avtomobil idarə edir. Balam, maşın sürməyin nəyi pisdir? Bir var həmin xanım metorda, avtobusda basabasda işə getsin və basabasda evə qayıtsın. Biri də var xanım rahat sükan arxasında əyləşir, işə gedir və bəzən də hətta uşaqlarını bağçaya və məktəbə aparır. Belə olanda yaxşıdı, yoxsa basabasda ayaq üstdə gedəndə?
Artıq Bakıda və digər şəhərlərdə çoxlarının gözü xanım sürücüləri görməyə alışıb və buna normal qbaxırlar. Qadınla kişinin arasında heç bir ayrıseçkilik ola bilməz. Hətta müqəddəs "Qurani-Kərim"in "Əl-Bəqərə", "Ən-Nisa" surələrində qadına çox böyük hörmətlə yanaşılır və onlara geniş imtiyazlar verilir. Əgər "Qurani-Kərim"də qadın belə uca tutulursa, bəs biz niyə qadınlara hörmətlə yanaşmamalı, onlara səmimi münasibət bəsləməməliyik?!
Qadın nə qədər alicənab, nə qədər savadlı və nə qədər mədəni olarsa, bundan yalnız və yalnız cəmiyyətimiz qazana bilər, inkişaf edər. Gəlin oğlanlarımız kimi qızılarımıza da savad verək, elm öyrədək və onları dünya sivilizasiyasının inkişafına yönəldək...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK