SON DƏQİQƏ:

Yağışlar ara vermir…

  311305   |  
Şriftin ölçüsü  

Bir neçə həftədir ki, respublikamızın ərazisinə fasiləsiz olaraq yağışlar yağır. Təbii ki, yağışların yağması da sakitliklə ötüşmür və müxtəlif fəsadların yaranmasına gətirib çıxarır. İlk növbədə fasiləsiz yağışların yağması indiki şəraitdə meyvəçiliyə çox böyük mənfi təsir göstərir. Bununla bağlı Qubada yaşayan fermerlər öz narahatlıqlarını bildirirlər. Aydındır ki, yağışın yağması təbii bir prosesdir. Heç kim öncədən deyə bilməz ki, yağış nə vaxt yağacaq və nə vaxt da kəsəcək. Düzdür, hidrometeroloqlar bu barədə kifayət qədər məlumatlıdırlır və əhaliyə də mütəmadi olaraq məlumatlar verirlər.

Ancaq di gəl ki, hələ dünyada elə bir qüvvə yoxdur ki, yağan yağışın qarşısını alsın, yaxud da onu dayandırmaq gücünə malik olsun. Əlbəttə, belə bir şəraitdə istər-istəməz əkin-biçin və təsərrüfat işləri ilə məşğul olan insanlar olmazın əziyyətləri ilə üzləşirlər. Elə qubalı fermerlər də onu bildirirlər ki, biz əzab-əziyyətlə alma bağlarında çoxlu meyvə yetişdirmişik. Payız mövsümü gələndə biz bu meyvələri dərməyə başlayırıq. Ancaq indi görürük ki, fasiləsiz yağan yağışlar meyvələrdə müxtəlif xəstəliklər yaradır. Üstəlik də bu cür mürəkkəb iqlim şəraitində alma bağlarında meyvələri yığmaq çox müşkül məsələyə çevrilir.

Qubalı fermerlər onu da bildirirlər ki, ilboyu əzab-əziyyətlə yetişdirdikləri almanı əvvəlki kimi alan yoxdur. Bir vaxtlar onu Rusiyaya və digər şəhərlərə çox asanlıqla apara bilirdik. Amma indi yaradılan çətinlik və problemlə əlaqədar meyvələri Rusiyaya da göndərməkdə çətinliklər yaşayırıq. Belə də olanda bizim meyvələri alverçilər su qiymətinə alırlar. Biz ilboyu tər töküb, əziyyət çəkib alma yetişdiririk, onun xeyirini isə alverçilər görürlər.

Təbii ki, əzab-əziyyətlə məhsul yetişdirən insanları qınamaq olmaz. Çünki onların mürəkkəb hava şəraitində becərdikləri almanı, armudu, üzümü, narı müxtəlif alverçilər çoz ucuz qiymətə alırlar. Bayaq dediyimiz kimi, əziyyət çəkən qalır qıraqda, bir başqası onun xeyirini görür.

Meyvəçilər onu da bildirirlər ki, alma bağlarında yaranmış xəstəlik ağacların da məhv olmasına, qurumasına münbit şərait yaradır. Biz od qiymətinə dərman alırıq, gətirib onu bağlardakı ağaclara səpirik, bunun da o qədər keyfiyyəti olmur. Yəni dava-dərman istədiyimiz effekti vermir. Bizim əldə etdiyimiz gəlir yetişdirdi yimiz məhsulun heç maya dəyərini çıxarmır. Bu cür anları və çətinlikləri görəndə istər-istəməz əlimiz-qolumuz iş-gücdən soyuyur. Amma nə edək? Çörəyimiz həmişə meyvəçilikdən çıxır. Başqa iş əlimizdən gəlmir. Yaxşı olardı ki, meyvəçiliklə bağlı mövcud problemlər aidiyyatı qurumlar və o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həllini tapaydı. Əgər biz zəhmət çəkib meyvə becəririksə, demək onun da satışında əziyyətlə-əzabla üzləşməli olmamalıyıq. Ən azından ona görə ki, hökumət və müxtəlif qurumlar meyvələri gəlib Sovet dönəmindəki kimi bağlardan alsalar bizim də həm canımız dincələr, həm də çörək pulumuz çıxar. Üstəlik də əvvəllər Qubada və Xaçmazda fəaliyyət göstərən konserv zavodları vardı, biz meyvələrin əksəriyyətini həmin konserv zavodlarına təhvil verərdik və sonra da asanlıqla pulumuzu alardıq.

Hər halda çətin günün ömrü az olar. Onsuz da hökumət və dövlət kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük layihələr həyata keçirir. Ölkə prezidenti cənab İlham Əliyev də kənd təsərrüfatının inkişaf etdirilməsinə böyük önəm verilməsini sahibkarların və əlaqədar qurumların nəzərinə çatdırıb. Deməli, günlərin bir günündə sahibkarların yetişdirdikləri məhsullar çox asanlıqla dövlət tərəfindən alınacaq, satışa çıxarılacaq, mövcud problemlər öz həllini tapacaq, meyvəçilər isə halal qazanclarının bəhrəsini görəcəklər. Amma hələ ki, yağışlar yağır və meyvəçilər də müəyyən çətin anlar yaşayırlar.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK