adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

İTİN DƏ AĞLI VAR…

FAİQ QİSMƏTOĞLU
68937 | 2017-04-21 12:44

Sovet dönəmində alimlərbildirirdilər ki, heyvanlarda şüur yoxdur. Onlar hər şeyi hiss etməklə duyurlar. Yəni loru dildə demiş olsaq, heyvanlaraAllah-Təala ağıl verməyib. Bu məsəllər həmişə mübahisə predmeti olub. Hətta mənbir dəfə universitetdə oxuyanda məşhur bir professorla bu mövzuya bağlı mübahisədə elədim. O da mənə möhkəm təpindi və dediki, elə eləmə səni universitetdən qovum. Guya sən məşhur alimlərdən savadlısan?!

Buna baxmayaraq,yenə həmin professora dedim ki, əgər doğurdan da Allah-Təala heyvana ağıl verməyibsə,bəs onda nə üçün bizim qapımızda olan inək və camış naxıra gedəndən sonra örüşdənqayıdarkən qapımıza dönür? Əgər o heyvanların ağlı yoxdusa, qoy başqasının qapısınagetsin. Rofessor diqqətlə mənə baxdı. Hiss etdim ki, fikirlərim onu çox maraqlandırdı.Sonra da o güldü və dedi ki, hər şey ola bilər. Amma elm hələ sübut eləməyib ki,heyvanın şüuru var...

Bu mövzu həmişə,hər an mübahisəli bir mövzuya çevrilib. Elə bu günün özündə də həmin məsələyə birmənalıyanaşmaq olmur. Başqa sözlə demiş olsaq, mövzuya müxtəlif konteksdən yanaşan vəmaraqlı fikirlər səsləndirən tanınmış alimlər, ziyalılar var. Mənim bunların heçbiriylə işim yoxdur. Sadəcə olaraq, öz gördüyüm və şahidi olduğum bir neçə hadisəniyenidən oxucuların nəzərinə çatdırmaq istəyirəm. Baxın görün, mənim yada saldığımanlar heyvanlarda şüurun olmasını sübut eləyir, ya yox?!

Tez-tez Rusiya kanallarında,eləcə də Türkiyə televiziyalarında heyvanlarla bağlı göstərilən verilişlərə baxıram.Sizi bilmirəm, mənim üçün ən maraqlı verilişlərdəndir bu hadisələr. Orda da çoxqəribə epizodları görürük. Məsələn, həmin verilişlərin birində üç-dörd aslan bircamışın yanındakı balağı ələ keçirmək istəyir. Elə olur ki, balağ suya düşür vəaslanlar onu yemək istəyirlər. Camış görür ki, onun balasını aslanlar yeyəcək, tezqaçıb özünü sürüyə çatdırır. Balaca balağ isə hələ sudadı. Aslanın biri balağı sudançıxarır və o biriləri də ona yaxınlaşır. Buvaxt camış sürüsü aslanların bir-iki addımlığına çatır. Onların arasındaolan iribuynuzlu erkək camışlar aslanlara hücum eləyirlər. Aslanlar nərə çəkir vəcamışları qorxutmaq istəyir. Üstəlik də əllərindəki balağı buraxmaq istəmirlər.Bu vaxt sürüdəki üç nəhəng camış balağı boğazlamış aslana hücum çəkir. İri buynuzlarıylaaslana necə zərbə vurursa, aslan göyə qalxıb yerə çırpılır və balağ xilas olur.Onlar yaralı balağı götürüb sürüyə qatır və gözdən itirlər. Əgər camışda şüur olmasaydı, onlar necə gedib özünü sürüyəçatdırardı və onları köməyə çağırardı. Bunu ancaq insanlar eləyə bilirlər…

Yaxud başqa bir misal çəkmək istəyirəm. Yenə həmin verilişlərinbirində meymunu parçalayıb yeyən pələng onun balasını götürüb yuvasına aparır. Başqavəhşi heyvanlardan onu qoruyr. Hətta bir neçə dəfə bəbirlər, aslanlar hücum edibmeymunun balasını onun əlindən almaq istəsə də, pələng buna imkan vermir, nərə çəkirvə onları uzaqlaşdırır. Bu cür epizodların sayını istənilən qədər artırmaq da olar…

Buyaxınlarda isə yolum doğma kəndimizə – Bəhmənliyə düşmüşdü. Orda mamam oğlu Tehranoğlu Elçinə toy eləyirdi. Allah xoşbət eləsin! Toyda yaxşı iştirak elədik, dincəldikvə qohum-əqraba ilə görüşüb dərdləşdik…

Kəndəgedəndə həmişə ata evimizdə qalıram. Düzdür, bəzən Horadizdə qızımgilin evində gecələyirəmvə bəzən də rəhmətlik qardaşımın evində qalıram. Ancaq ən çox ata evində olandaözümü daha rahat, sakit və nikbin hiss eləyirəm. Kənddə qalanda təyziqim də normallaşır və ağrım-acımda tamamilə azalır. Sözümün canı heç də ata evimdə istirahət etməkdən danışmaq deyil.

Bizimqapımızda Pələng adlı bir itimiz də var. Kimona baxırsa qorxur və deyir ki, doğurdan da bu itdən çox pələngə oxşayır. İt həddindənartıq yekədi, güclüdü və heç nədən çəkinmir. Hətta həyətə bir dəfə canavar gəlib,o it də canavarı boğub öldürüb. Yenə sözüm bunda deyil. Sözüm ondadır ki, bu itəhər gün yaxşı qulluq edilir. Qabağına ət, sür-sümük atılır. Bu dəfə də uşaqlar Pələnginqabağına iki parça təndir çörəyi atdılar. Pələng çörəyi yemədi. Çünki axşamdan toydangətirilmiş sür-sümüyü yeyib doymuşdu. Pələng diqqətlə iki parça çörəyə baxdı, sonraayaqlarıyla yeri eşməyə başladı. Yeri eşdi, eşdi çörəyin bir parçasını eşdiyi yerəqoydu və sonra da burnu və ayaqlarıyla onun üstünü basdırdı. İkinci çörək parçasınıda həmin qaydada gizlətdi. Əmim oğlu Ziya dedi ki, bilirsiniz Pələng niyə belə eləyir?İndi o toxdur. Fikirləşir ki, çörək qabağında qalsa ya başqa itlər, ya da quşlaronu yeyəcək. Ona görə də çörəyi yeri eşib gizlədir. Sabahı gün səhər oyananda gördümki, Pələng yenidən çörəyi gizlətdiyi yeridırnaqlarıyla qazır. Çörəyi gizlətdiyi yerdən çıxardı və başladı yeməyə…

Gördünüzmü, indisiz deyin, bu itin şüuru var, ya yox?! Sizibilmirəm, şəxsən mən bu epizodların şahidi olandan sonra elə 42 il bundan əvvəldüşündüyüm fikrin üstünə qayıdıram və deyirəm ki, Allah-Təala bütün canlılara şüurvə ağıl verib. Sadəcə olaraq, insanları çox istədiyinə görə, onları daha ağıllıyaradıb. Qalan canlılara bir damcı olsa da, ağıl bəxş edib. İstəyirsiniz buna inanın,istəyirsiniz inanmayın. Tay bu sizin öz işinizdi…


TƏQVİM / ARXİV