SON DƏQİQƏ:

BARZANİ- TALABANİ- CONİ

  64946   |  
Şriftin ölçüsü  
Bizdə yaxşılığa qarşı pis rəftar edənlər üçün, "çörəyimizin duzu yoxdur" şəklində bir ifadə vardır.
İraqda yaşayan Bərzani və Talabani tayfalarının rəhbərləri Məsut Bərzani və Calal Talabani 1991-ci illərdə Türkiyənin cümhurbaşqanı Özalın astanasının küncünə qısılıb gözləyirdilər ki, Özal onları qəbul etsin. Nəhayət Özal onlarla görüşü qəbul etdi. Onlar da İraq hökumətinin özlərinə pasport vermədiyini və ölkədən xaricə çıxa bilmədiklərini söyləyib Özaldan yardım xahiş etdilər. Özal da, xarici işlər naziri Hikmət Çətinə zəng vurub, "Hikmət bəy, Məsud Bərzani ilə Calal Talabaninin torpaqları var, lakin heç nələri yoxdur, biz onlara pasport verək" deyib. Hikmət Çətin də onun əmri ilə hər iki şəxsə diplomatik pasport verib. Türkiyə onlara sadəcə olaraq diplomatik pasport verməmişdi, istifadə etdikləri elektrik enerjisini də vermişdi, çünki Səddam onlara işığın getməsini qadağan etmişdi.
O vaxtlar Səddam özəlliklə Kərkük türkmənlərin qanını içir, bəzən də qəzəb oxlarını kürdlərə döndərirdi. Türkiyə onlara diplomatik pasportları vermişdi ki, Bərzani və Talabani adlı bu ağalar xarici ölkələrə səfərlər edərək dünya ilə əlaqə yaradıb xalqlarının hüquqlarının müdafiəsi üçün özlərinə tərəfdar tapsınlar. Hər iki kürd ağası da həmin görüşdə Şimali İraqda terror təşkilatı PKK-ya qarşı Türkiyənin yeritdiyi mübarizədə dəstək olacaqları barədə Özala söz verdilər.
Cümhurbaşqanı Özalın əmri ilə Cümhurbaşqanlığının mətbuatdan məsul sözçüsü Böyükelçi Qaya Topəri və Fövqəladə Hal Bölgə Valisi Nəcati Çətinqaya Bərzaninin Haburun cənubunda yerləşən qərargahına getdilər. Bu səfərdən məqsəd bölgədə yaşayan kürdlərə Türkiyə hansı sahədə yardım çatdıra bilər onları müəyyənləşdirməkdi. Məsud Bərzani həmin görüşmədə Qaya Topəri ilə Nəcati Çətinqayaya, atası Molla Mustafa Bərzaninin xatirələrində də qeyd etdiyi sözləri söylədi:
"Atam Molla Mustafa Bərzani mənə vəsiyyət etdi ki, türklərlə yaxşı rəftar edin, onlar olmadan heç nəyə nail ola bilməzsiniz. Türklər bizi İranın zülmündən xilas etdi. əgər bugün yaşayırsınızsa bunu Türk ordusuna və türklərə borclusunuz, bunu əsla yadınızdan çıxarmayın. Hər hansı türkün üstünə silahı tuşlasanız, bu dünyada da, o biri dünyada da haqqımı sizə halal etmərəm. Biz bu vəsiyyəti heç vaxt yadımızdan çıxarmadan böyüdük..."
Bərzani də, Talabani də Özal ilə görüşdüklərində demişdilər ki, "Necə ki Mardin, Diyarbəkir sizin vilayətlərinizdir, bizim bölgəni də Türkiyə torpaqlarına daxil edin. Biz Türkiyədən heç nə tələb etmirik, etmərik, öz vətəndaşlarınız hansı hüquqlara malikdirsə, bizlərə də onu verin. Daha sonra Kərkük və Mosul da birbəbir Türkiyənin vilayəti olsun, türkmənlər də öz dədə-baba yurdlarında əmin və arxayın yaşasınlar". Mərhum Turqut Özal ikisinə də qulaq asıb, ancaq bu barədə heç nə demədən onları yola salıb, çünki Türkiyə Ulu Öndər Atatürkün "Yurtda sülh, cahanda sülh" prinsipinə görə xarici siyasətini tənzimləyib.
Özal öldükdən sonra Bərzani ilə Talabani tamamilə ayrı bir insana çevrildilər.
PKK-lılar Hakkari bölgəsində terror aktları törətmişdi. Türkiyə Bərzani və Talabanidən, PKK-nın terror təşkilatı olduğunu elan etmələrini istədi. Onlar da 22 oktyabr 2007-ci il tarixində Səlahəddin şəhərində mətbuat konfransı təşkil etdilər. Bir jurnalistin Türkiyənin tələbini xatırladaraq hər iki liderə də "PKK-nı terror təşkilatı elan edəcəksinizmi, PKK-lıları tutub Türkiyəyə təhvil verəcəksinizmi?" sualını verdi. Bərzani, "Biz PKK-ya terror təşkilatı deyə bilmərik. Sülh axtarışları gedir. Əgər PKK Türkiyənin sülh barədəki dəvətinə müsbət cavab vərməzsə, biz onları terrorist elan edərik. Türkiyə ilə yaxşı qonşuluq şəraiti içində yaşamaq istəyirik, ancaq Türkiyə sərhəddən kənar bir hərəkata üz tutarsa və bizə hücum çəkilərsə, biz də özümüzü müdafiə edərik" - dedi. O vaxt İraqın dövlət rəhbəri olan Talabani isə, "Hakkaridə şəhid olanların ailələrinə təziyələrimi yollayıram. Türkiyə bizdən PKK-lıların rəhbərlərini tutub onlara verməyimizi tələb edir. Biz nəinki bir kürdü, kürdün pişiyini belə Türkiyəyə təhvil vermərik!"
Və 2003-cü ildən sonra Conilər İraqı işğal etdi...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK