SON DƏQİQƏ:

YALTAQLIQ PEŞƏSİ - Fəridə RƏHİMLİ yazır

  36229   |  
Şriftin ölçüsü  

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq.

Böyük Hüseyn Cavidd emişdi bunu. Bir başa mənasındamı demişdi, yoxsa ikinci mənasında, onu bilmirəm. İndiki zamanla üststə düşən bir başa mənası odur ki, yarınmasan, yaltaqlanmasan, yalandan tərifləməsən yüksəliş yoxdu, irəliləyiş mümkün deyil. Özündən yüksək vəzifədəki səni insan kimi deyil, mənfəət kimi görür. Və əgər sənin xarakterinlə onun mənfəət prinsipi üststə düşmürsə, demək sən o yerdə "personanongratasan. Yəni, istənməyən, arzuolunmaz şəxs!

İkinci mənası odur ki, dinimizdə buyurulur ki, Allah dərgahına ucalmaq istəyirsənsə, onun qarşısında kiçilməlisən, alçalmalısan. Yəni təkəbbürdən, eqoistlikdən, özünü kimdənsə üstün tutmaqdan qaçmalısan. Özünü başqalarından üstün deyil, ona bərabər, hətta aşağı bilsən, o zaman ucalırsan yüksək məqama.

Sizcə insanları yaltaq, ikiüzlü, yalan, olmağavadaredənnədir? Niyə insanlar düşüncələrini içlərindən gəldiyi kimi yox, qarşi tərəfə xoş getsin deyə söyləyirlər?

Əlbəttə, kimisə, nəyisə itirmək qorxusu, kiminsə yanında pis olmaq qorxusu!

İnsanın yaranışından bu yana həmişə özündən hakimiyyətdə, mövqedə, gücdə, ad-sanda, şöhrətdə... üstün olanlara yarınmaqla yaşam tərzini qarantiyə almaq mövcud olub. Ömür payımın yarısı sovet hakimiyyəti illərinə düşdüyündən iki fərqli hakimiyyət quruluşunda - o dövrlə indinin müqayisəsində də yarınmanın, yaltaqlığın, riyakarlığın, ikiüzlülüyün... get-gedə daha da artdığının şahidiyəm. Bu nə kasıblıqla, nə aclıqla, nə də dövrə, zamana görə ortaya çıxan bir əlamət deyil. Bu, mənəviyyat məsələsidir. İnsanların mənəviyyatı aşılanır - təbii ki, səbəblər müxtəlifdi.Ənçox zədə alansa mənəviyyat.

Bu gün kənardan başqalarının gözündə çox rəzil görünən yaltaqlar əsla bundan narahat olmur, əksinə özlərini haqlı sayır, bununla dolanışıq yollarını tapdıqlarını hesab edirlər. İkiüzlü adamların öz üzü o qədər iyrəncdir ki, digər bir üzdən istifadə etməli olur. İkiüzlülük rəzalətin ləyaqətə ödədiyi vergidir.

Amma bu keyfiyyətlə rahat yaşaya bilmək üçün vicdanından, mənliyindən əl çəkməlisən! Bütün yaltaqlar, adətən yalançı olurlar. Çox zaman yaltaqlıq qorxudan törəyir. Elə adamlar yaxşı günündə sənə yaltaqlansa da, pis günündə mütləq sənə arxa çevirəcək. Çünki yaltaqlanası yeniləri peyda olacaq. Hamını tərifləyən adamlar isə heç kəsi qiymətləndirmirlər.

Üzə tərif söyləmək də yaltaqlıq əlamətidir. Amma təəssüf ki, bütün zamanlarda padşahlar, şahlar, krallar... həmişə tərif xoşlayıblar və bunun üçün saraylarında məddah şairlər, yaltaq vəzir-vəkillər, təlxəklər saxlayıblar. İndi şəkil dəyişsə də, həmin mahiyyət, forma qalmaqdadı. Yəni, paltar dəyişib xasiyyət, məziyyət qalıb və daha da "püxtələşib. Kiçik bir idarədə də yaltaqlıqla başını dolandıranlar, məddahlığa görə mükafatını alanlar və düz danışdığına görə işlərini itirənlər, gözdən düşənlər var. Hətta, bəzən insan düşünür ki, yaltaqlıq peşə elan edilməlidir artıq, o qədər ustası var ki...

Bu günün tələbi budu, əgər pis olmaq istəmirsənsə, doğru bildiyini içində saxla, ürəyini deşsə də, söyləmə!

Hər kəs üzdə yaltaqlığı pisləyib-yamanlayır, ancaq yaltaqlananlara, onları öyənlərə nəninki dözür, hətta onlara rəğbət duyurlar, onların tərifləri canlarına yağ kimi yayılır, onların dediyi təriflərin həqiqi olduğunu güman edib, düzünü söyləyənlərə düşmən kəsilirlər. Düz danışanın haqlı olduğunu sinirə bilmir, üzlərinə söylədikləri doğru sözləri qəbullənə bilmirlər. Unudurlar ki, yaltağın sözü zəhər qatılmış bal kimidi. Qarşındakı səni sevən və hörmət edəndirsə, heç vaxt yaltaqlanmaz, acı da olsa düzünü söylər. Adamları layiq olduğundan az öymək paxıllıq, çox tərifləmək yaltaqlıqdı. Yaltaqlar düz adamları sıradan çıxarmaq üçün əllərindən gələni edirlər. Çünki onlardan qorxurlar. Doğruların başda olması yaltaqlara sərf eləmir. Çünki vəzifə başında olan doğru insan yaltağa meydan verməyəcək, bu isə onun süqutu deməkdir.

Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edər. Yalnız ən nanəcib adam üzə tərifləyib, arxasınca söyə bilər. İkiüzlü adamlar həmişə kölədirlər, biri getdisə, digərinə yarınacaqlar. Yaltaqlar nə özləri, nə də özgələri haqqında yüksək fikirdə olmadıqları üçün yaltaqlıq edirlər və onlar M.Ə.Sabirin: "Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki, yaltaqlar" deyimini çox bəyənirlər. O zaman, yaltaqların nəzərdə tutduğu mənsəb sahibləri, diqqətli olun, uğur qazanmaq istəyirsinizsə, yaltaqlardan uzaq olun! Bilin ki, yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. Axır bir gün üzdəki maskalar cırılacaq və o zaman çox gec olacaq!

Deyir dünyada üç şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlindəhakimiyyət, yaltaq dilində tərif.

Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinlyərkən bir qulağını yumurmuş. Ondan bunun səbəbini soruşanda deyirmiş ki: "Bu qulağımı müttəhim üçün saxlayıram"...

Bəli, bir qulağınızı da doğru danışanlar, sizə yarınmayanlar, sizi yersiz tərif yağışına tutmayanlar üçün saxlayın. Bəlkə söylədikləri sizi uçurumun kənarından qaytaracaq!..




Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK