SON DƏQİQƏ:

Kloun olmayana armud yoxdu - Eminquey yazır

  86130   |  
Şriftin ölçüsü  

İki gün əvvəl məmləkətimizə ayı təşrif buyurdu. Özü də hara? Şəkiyə. Bu, koronavirusdan sonra ikinci səs-küylü gəliş idi. Axırıncı dəfə ayıdan yazdığımız martın 8-i olmuşdu. Biz kişilərin içindəki ayını bəyənməyən nə qədər qadın var, hamısı oyuncaq ayılarla şəkil çəkdirib paylaşmışdılar. Bu dəfə isə ayı özü ayağımıza qədər gəldi. Amma bir qadın belə ayıya "xoş gəldin” eləmədi. Hamı uzaqdan ayını lentə almaqla kifayətləndi.

Çəkilən kadrlara baxdıqca ayının necə miskin olduğunu sezdim. Şəhərin beton səkilərinə, asfalt yollarına çəkinə-çəkinə ayaq basırdı. İnsan üçün Aya ayaq basmaq necə qəribədirsə, meşənin ağacına, qayasına dırmaşmağa vərdiş eləmiş ayı üçün də asfalta, betona ayaq basmaq bir o qədər qəribədir. Maşınlardan birinin üstünə dırmaşan ayı yerə düşməkdə o qədər aciz idi ki. Belə də ayı olar? Biz ayını vəhşi, qaba, nərəsi əl-ayaq titrədən bir canlı bilirdik. Nədənsə bu ayının nə əl-ayaq titrədən nərəsi vardı, nə də balaca bir Sovet maşının üstündən düşməyə cəsarəti.

Bəlkə o da bəzilərimiz kimi öz Vətənindən didərgin düşmüşdü? Hardan baxsan, meşədən şəhərə enmək bir heyvan üçün mühacirət həyatı kimidir. Ayının ailəsi olmur? Arvadı, balası olmur? Bəlkə o da ailəsini dolandıra bilməyib deyə meşədən şəhərə öz tutmuşdu? Bəlkə 190 manatını almağa gəlmişdi? Bu ayını öz meşəsindən kim küsdürmüşdü? Ağacları məhv edənlərmi? Heyvanların qəsdinə durmuş adamlarmı?

Yox, yox, məncə bu miskin ayı ekranların ta o başından çıxıb gəlmişdi. Bəlkə öz Maşasını axtarırdı. Uşaqlar günüdür axı. Bəlkə uşaq pulundan məhrum qalan uşaqların könlünü almağa gəlmişdi? Bu miskinliyə, bu sakitliyə, bu mehribanlığa başqa necə don geyindirəsən?

Bir ayı niyə bu qədər başıaşağı olsun ki? Nə idi onu utandıran? Xalxın ayıları şəhərə düşəndə parçalamadığı adam qalmır. Bəs bu ayı niyə belə mərhəmətli idi? Bəlkə yuvasını dağıdıb yerində restoran tikmişdilər? Bəlkə bal pətəyinə çöp soxmuşdular? Bəlkə armudlarını əlindən almışdılar? Bəlkə "xalxın ayıları arvadını yağ-bal içində yaşadır” qınağından bezmişdi?

Bəlkə, bəlkə, bəlkə...

Süleyman quşların dilini bilən kimi, kaş biz də bu ayının dilini bilsəydik.

Niyə bir adam çıxıb bu kefsiz, qəmgin ayıya Şəki lətifələrindən danışıb güldürmədi? Niyə bir adam çıxıb bu kefsiz ayını öz evinə qonaq etmədi? Barı təsəlli olardı. Barı o ayı başa düşərdi ki, dərdimiz birdi.

Onun ətrafında hay-küy salan adamlarmı ayı idi, yoxsa o? Onu qorxudan adamlarmı ayı idi, yoxsa o? Məncə ayının təşrifi bizə insan olmağımızı xatırlatmaq üçün idi. Yem axtarırdısa, adam parçalayardı. Ac idisə, nərildəyərdi.

Əzizim ayı, səni çox gözəl başa düşürəm. Amma dünyada heç kimə ram olunmadan, sirk kloununa çevrilmədən armud vermirlər. Ən yaxşı halda, səni iynəylə yuxuya verə bilərlər. Vəssalam!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK